Şənbə-bazarın dərdləri. Pandemiya, boz həyat

in Steemit Azerbaijan☪✔3 years ago

Ayın, ilin, günün bu vaxtları kafelərin belə boş olması adamı haldan-hala salır. Nədir çəkdiyimiz bu çilə? Şənbə və bazar olduğu üçün Azərbaycanda ictimai nəqliyyat işləmir. İnsanlar öyrənib artıq, evdən çölə çıxanda nəsə fəlakət olacaqmış kimi bir hiss dolur qəlblərə. Nədəndirsə virus altı-bazar daha hərəkətli olur, harda insan görür tez girir onun çiyərlərinə. Allah kəssin belə istirahəti, tək kafedə oturub çay içmək varmış, bir stəkan da əlavə sifariş vermişəm ki, bəlkə bir allahın qulu yaxınlaşar, ürəyim yanır, içə bilərəmmi deyər, yaxınlaşan yoxdur.

20210605_152503.jpg

"Nə gələn var, nə gedən var".
Hələ bunun iqtisadi tərəfləri var. Bu gedişlə ilin sonuna xırda sahibkarlar ortada qalmayacaq, əriyib yox olub gedəcək.

20210605_152535.jpg

Gözləməkdə fayda varmış, @isa-545 gəldi çayıma kömək etməyə.

20210605_152518.jpg

Belə şənbə-bazar olmaqdansa 5 gün ictimai nəqliyyatda, tıxacda qalmağı üstün tuturam.
Təşəkkürlər hər kəsə, rəy zad yazın, müzakirə edək.

Sort:  
 3 years ago 

Zadsız bir günümüz olmasın))

 3 years ago 

Pandemiyasız deyəcəkdin yəqin ))

 3 years ago 

Nətəri məsləhətdi))

 3 years ago 

Deyirəm Vaqif bu zamanda yaşasaydı Heyif ki, yoxdur şeirini çay qırağına yox çayçıya yazardı))

 3 years ago 

Adımı dəyişib Vaqif qoysam "Çayçı, bizə çay gətir" adlı poema gedər?

Vaqif dayının gözündən iraq)

 3 years ago 

Vaqif dayı daha şeir yazmır, o vaxtlardakı çay qırağı da yoxdur. Ona görə çayçı işlədir))

 3 years ago 

Biraz cuşa gəlsən elə Rəvanın bir şənbə günü adlı poemasını da yaza biləsən.

Özü bir söz soxub gedir, sonra da deyir, müzakirə edək😐

 3 years ago 

Pandemiya mövzusu müzakirəyə açıqdır)))

Əslində bu karantin ilk başlarda çox xoşuma gəlirdi. Ancaq necə deyərlər "hər şeyin çoxu zərərdi" :/

 3 years ago 

Nizamin su söhbəti)))

bizim mekanlardan biri qəşəng çay verirler

 3 years ago 

mende oturmusam orda yaxsi yerdi

 3 years ago 

zəfərə dönsün, yaxşı yer imiş))

 3 years ago 

nuş olsun

 3 years ago 

təşəkkür

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56890.04
ETH 2356.22
USDT 1.00
SBD 2.39