#club5050 || Bu gün bizim günümüzdür. Zəfər günümüz.
Səhər işə gəlirsən və ömrümdə ilk dəfə gördüyüm mənzərə. Mənə "Zəfər" günü ilə əlaqədar təbrik açıqcası göndəriblər. Çox qeyri-adi hissdir. Bizim üçün sıradan bir gün deyil. Xalqımızın başını dik tutduğu, məğrurla sözünü dediyi, yumruğunu silkələdiyi günün anımıdır. Qanı bahasına, canı bahasına tarix yazdığı vətən oğullarının ruhu şad olsun. Biz sizlərə görə bayram edirik, sizləri hər zaman xatirələrdə yaşatmaq, adınızı uca tutmaq bizim vicdan borcumuzdu.
Dünən gecədən Bakı və ölkə yatmayıb, hər kəs meydanlarda öz zəfərini bayram edir. Bakı küçələri, binalar, maşınlar bayraqlar ilə bəzədilin. Ən çox adamın diqqətini çəkən mənzərə budur ki, insanları bu tədbirlərə məcbur gətirmirlər. Hər kəs canı könüldən gəlir, öz şəhidlərini yad edir, Zəfər yürüşü edir. Bu insanlar, bu xalq buna layiqdir. Hər dəfə pis cəhətlərindən yazmayacayıq ki!!! Torpaq, vətən mövzusunda birləşməyi bacaran insanımız var.
Məğlub xalq deyil artıq bu xalq, məğrur xalqdı, qalib xalqdır. Vətən müharibəsindən üzü ağ, qalib çıxmış vətən oğulları. Bizim üçün canından keçmiş şəhidlərimizə rəhmət diləyək.
Müqəddəs torpaqlara qovuşduq, Qarabağ bizimdir!!!
Diqqətinizə görə minnətdaram, rəy zad yazın, maraqlı olsun. @revan746
ALLAH bütün şəhidlərimizə Rəhmət eləsin, hər bir əsgərimizdən razı olsun. Bu fəxri bizlərə yaşatdıqları üçün. Bu gün bizim Millətin bayramıdı,milli bayramıdı.
Rəvan ,qardaş çox sağ ol gözəl yazı üçün.
Zəfər günümüz əbədi olsun!
Selamün aleyküm ben eskilerden biriyim 😄 seninle aramız iyiydi ama kim olduğumu gizlemek zorundayım🙃
Discord ve ye telegramdan yaza bilirsin
discorda katıldım