💚Club100 Steemitə qayıdış. Sentyabr düşüncələri. Təzə nəfəs

in Steemit Azerbaijan☪✔2 years ago

Yayda qış yuxusuna getmək kimi oldu bizim etdiklərimiz. Baxıram ki, Steemit Azerbaijanda az sayda adam qaldı. Bir çox səbəbləri vardır. Bura yayın insanı bezdirən istiləri və steemin qiymətləri də daxil ola bilər.
Bu bir haşiyə çıxmaq istəyirəm. Adam bir az şey edir. Niyə insanlar qış yuxusuna getmir?
Bəs heyvanlar niyə qış yuxusuna gedirlər? Ümumiyyətlə qış yuxusu nə mənə şeydir? Google axtarış edirik.
""Qış yuxusu, günün qısalması, ətraf temperaturun aşağı düşməsi və qida çatışmazlığı nəticəsində heyvanların hərəkətsizliyidir. Qış yuxusuna gedən heyvanlarda insanlarda olmayan çoxlu qəhvəyi yağ var. Qəhvəyi yağ enerjini çox yaxşı saxlayan yağ toxumasının bir növüdür. Yenidoğulmuşlarda bədən yağının təxminən 5%-i qəhvəyi yağdır və zamanla yox olur."
İndi Steemitdə olanlara qısa müddətli qış yuxusu lazımdır, ayılanda görək ki, steem 3 dollar olub. Kor nə istər? Steem yükəlsin, başqa heş zad.

20220605_120232.jpg

Bu fotodan da göründüyü kimi adi bir şeylərdən kreativ nələrsə çıxarmaq bizim işimizdir. Düşünmək üçün bir az zamana ehtiyacımız var.
İndi baxdığımda steem qiyməti 0.22-dir. Mən bu anları illərdir müşahidə edirəm. Su gələn arxa bir də gələr deyərək davam edirəm hər il. Zaman-zaman həvəsdən düşsəm də yenidən əppəyimiz burdan çıxır deyə geri dönüş edirəm.

20220605_120339.jpg

Maraqlar çox önəmlidir. Amma bəzən bir addım geri atmaq lazımdır ki, irəliyə beş addım atmağa vaxt qazanasan və yeni ruhla, həvəslə. İndi biri "adabra, kadabra" edib steemi 1 dollar edə və bütün Azərbaycan yığışa bura, mən də başımı itirəm, kimə səs verdiyimin hesabını itirəm.

20220604_183458.jpg

Bir ara həvəsləndim ki, onlayn sektordan çıxış edib, gedib yeni şəbəkə yaradım, "Nənəmin təndiri" brendinə "Babamın pendiri" adlı rəqib yaradım. Şamaxıdan şor-pendir vurub Bakıda, Sumqayıtda satım. Alınmasa "sabun və kəndir". Son.

Riskli göründü, Zəngilan da alınıb, Zəngilan qatığı dolacaq şəhərə, onun qarşısında Şamaxı şoru dayana bilməyəcək deyə düşündüm. Steemit "xoroşo".

20220604_183432.jpg

Yenə telefonumuzu alıb düşmüşük şəhərin canına, bizim işimiz Steemit.

Burdan hər kəsə səslənirəm, bəlkə bir daha yenidən düşünək? Bizimlə kim var?

"Steem alın, bizimlə qalın" şüarı hələ də aktualdır.

Photography by @revan746

#club100 #steemexclusive #photography #life #steemitazerbaijan

Sort:  
 2 years ago 

best of luck brother...

 2 years ago 

Ay Brat əvvəla xoş istirahətlər. İkincisi də çox istəmirəm maaşımın 1,556 misli qədər artırılmaqla hər ay o summanı qarşılıqsız ödəyən olsa qış nədire yaz-yay yuxusuna da getmək olar.😂😂😉 Təndir çörəyinə Pendir də babat gedir... 🐺НЕ БОЙСЯ МЫ С ТОБОЙ🐺 ВЕЧНО🤘😂😂

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57685.75
ETH 3161.06
USDT 1.00
SBD 2.27