✅️ Club100 🇦🇿 || THE DIARY GAME || QHT - Qeyri-hökumət təşkilatları. İRAYONDAYAM. 25.07.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, dostlar. Bugün sizlərə təşkilatlanmağımızdan söz açmaq istərdim. Başlıqdan göründüyü kimi QHT heç də "Qeyri-hökumət təşkilatı" deyil. Bir il bundan əvvəl yaratdığımız təşkilatı gizli adla kodladıq. İctimaiyyət arasında elə QHT kimi tanındıq. Üçlükdə söz düşəndə elə də fəxr ediləsi adın olmadığını etiraf etmişik. Çox qəhrəman uşaqlarıq. İndi @yusif79 gəlib yazacaq ki, kasıbçılığın üzü qara olsun. Mən o yollara düşəcək oğlan deyildim, zamanə korladı məni. Tər-təmiz uşaq idi Yusif bizə qoşulanda. "Müəllim" zad deyirdi @isa545 -ə. İsada da əvvəllər müəllim tipi var idi. Hələ eynək zad da taxırdı. QHT yaranandan sonra eynəyi ləğv etdik. Təşkilat ilə eynək heç cür düz gəlmirdi.

20220618_184220.jpg

Zamanla bizim QHT-yə qoşulmaq istəyənlər oldu. Yusif qoymadı ki, bizə başqa qəhrəman lazım deyil, nə lazımdırsa özüm edəcəm. Çox potensialı uşaqdır Yusif. Bu qədər tərifdən sonra keçək əsas və "oçen vajnı" məsələlərə. Yol almışam rayonlara.

20220726_102017.jpg

Yusif yanımda olmasa da adamın qulaq asdığı musiqilər məni qarabaqara izləyir. Şoferə üç-dörd dəfə xahiş etdim ki, bəs menyuda başqa nə var? Dedi: "yesən də budur, yeməsən də"

20220717_092628.jpg

Keçmişdə rayon adlarımızı hansı məntiqlə qoyublar bilmirəm. Ağsuda su tapmaq çox müşkül məsələdir, hələ qaldı suyun ağını tapasan. Ümumiyyətlə Ağsu adının etimologiyasını dəqiq bilən varsa şərhə yazsın, biz də aydınlanaq.

20220717_092648.jpg

Günboyu xırda-xırda fotolar ataram. Hər rayonda adamın qonaqlıq verən dostu olması nə gözəlmiş ilahi.
Günün sonunda avarların qonağı olacam. Fərqli mədəniyyətlərin, fərqli adət-ənənələrin vurğunuyam.

20220723_163027.jpg

Hələlik çayla və cola ilə başımı aldadırlar. Tək fərqli olan çayın samovar çayı olmasıdır. Cola şəhərdəki dadı verir.

Sizlər mənə fikir verməyin, steem alın, bizimlə qalın.

Photography by @revan746

Sort:  
 2 years ago 

Best of luck. Have good day 🇧🇩🤝✌️.

This is a nice day....! Enjoy! This is your time....!

 2 years ago 

Rəvan ay Rəvan.
Deyirəm bəlkə bu Ağ su sözü "Ax su" dan gəlmədi?
Dediyin kimi yəgin oralarda su olmadığına görə camahat "ax su, ax su" deyib ax vax edirmişlər, beləcə ağ su əmələ gəlib.
Biri də o tərəfədən deyib ki, " a bala gə belə" , olub Qəbələ🤔🤔

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57685.75
ETH 3161.06
USDT 1.00
SBD 2.27