💖💜💚Club100|| THE DIARY GAME Better Life.|| O qayıdıb. Böyük buluşma. Qızışıyorus. // 18.07.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Salam dostlar. Steemit Azerbaijan tarixinin ən böyük toplantısı oldu bugün. Və kimsənin ağlına da gəlmədi ki, "O qayıdıb".
Hər kəsin həyatında bir nəfər mütləq olmalıdır ki, hər zaman onun nazını çəkəsən. O insan @cameron99-dur. Yənə qayıdıb. Deyir ki, mən yeni nəfəslə, yeni səslə səhnələri fəth edəcəm. Deyirsə edəcək. Bu neçənçi gəliş, neçənci gedişdir, bir allah bilir. (Allah böyüklə yazılır.)

20220720_195104.jpg

@isa545@yusif79 Kamranın gəlişini gözləmirdilər və hər ikisi bir anlıq şok keçirdilər. Əl-ayağa düşüb digər mənbələr axtarışına keçdilər, həqiqətən bu insanın Kamran olduğuna kimsə inanmaq istəmirdi. Adam elə düşünün ki, Kələkidən qayıdıb siyasətə yeni dalğa gətirən şəxs kimi bir anda peyda oldu. Son çıxışı da bu oldu ki, "mən yoxam, meydanı boş görmüsüz?". Hamınıza qan uddurajam dedi və taksiyə minib getdi.
"Təzə şair araya hallı gəlib, halı əntiqədi, əhvallı gəlib."

video link

Kor nə istər ki? Sən südlü inək ol, vur səhəngi dağıt.

20220720_195104.jpg

Yadıma düşmüşkən deyim ki, Yusif bugün bir balaca narahat idi, onu həkimə apardım, həkimi tapmadıq, qaldı sabaha. Harasının sıradan çıxdığını nə süz soruşun, nə mən deyim. Bütün günü internetdə eşələnmişik, sonda qərara gəldik ki, düzələcək, səbr etmək lazımdı. Kişinin başına iş gələr da.

20220720_164716.jpg

Bizim təkbarmaq İsanın yaxşı təsəlli verməyi var, dedi ki, isti saxla, tez-tez yu, təmizlə, özünə gələcək. Bizim Yusifin ürəyi üzülüb, adam o qədər deyinir ki, ürək dözmür, verir ağrıları aşağı ətraflara. Bel də atkaz edir. Ayaqlar da sözünə baxmır, bir sözlə Yusif özünə baxmır.

20220720_181032.jpg

"Elə çək ki, xəbərim yoxdur kimi görünsün" sisiləsindən.

Hamısı mənə söz verdi ki, Steemit Azerbaijana yeni nəfəs gətirəcəyik. Mən də inandım və burdan o qardaşlara səslənirəm, "Siz bir də verdiyiniz sözə əməl etməsəniz, leksikonumda nə qədər söyüş var, sizin axranızca söyəcəm" belə.

20220713_225537.jpg

Gecə keçir, day yıxılıb yataq. Görək səhər başımıza nə oyun gəlir.

Steem alın, bizimlə qalın.

Photo by @revan746

#club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr

Sort:  
 2 years ago 

Eşitdiyimə görə Masazır tərəfdə super servis xidməti var. Axırıncı dəfə iş yoldaşım maşınını orada kompüterdən çıxartdıranda usta kompüterşik 600 AZN pul oxumuşdu. Əlacsız qalıb Sumqayıtdakı normal ustaya göstərdi və 50-60 AZN-ə həll eləmişdi. Bəlkə @yusif79 -u da o ustanın yanına göndərək? Çarəsini bilər? Onsuz da həkimlər Yusifi təcrübə aparatından keçirən kimi vaxt gedəcək. O ki qaldı @cameron79 -a. Xoş gəlib səfa gətirib.

video link
😂😂😂👍

 2 years ago 

Bugün altdan-üstdən baxıb yoxlayıblar, ciddi bir şey yoxdur. Hər şey yerindədir.

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57685.75
ETH 3161.06
USDT 1.00
SBD 2.27