💚🧡Club100|| THE DIARY GAME Better Life.|| Dağlardan səda gəldi. Çömçə bulaq. Qəmərvan.// 18.07.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Salam dostlar, uzun zamandır yazı yazma vərdişlərimizi axsatmışıq. Bəlli səbəblər var, yay, tətil, isti hava. Yazmamaq üçün babat səbəblərimiz var. Amma Steemit bizim qanımıza hopub, nə qədər canımızda can var xırda-xırda yazacayıq. Gedik e.
O gün qapaq atdı, dostlara zəng və dağlardan da səda gəldi, tam oldu, yolladıq ana torpaqlara sarı. Sağ olsun @elcinaxmed simurq quşudur elə bil, bir lələk yandıran kimi hazırdı. @emil.agayev də yolumuzun üstündə, görüşdük, buluşduq və getdik. Qəbələdə doğulasan və heç zaman "Çömçə bulağ"ına getməsən bir az özünə qarşı hörmətsizlik olardı.
İlk fotonu "Üçlər ittifaqı"dan paylaşım, gerisini "Çömçə bulaqdan" gələr.

20220717_121754.jpg

Aşıqbayramlı gölünün əcəb seyrangahı var, heyif ki, yaxşı samovar çayı yoxdur. Dəvəbatan çayı varmış burda, bu çay da gəlib tökülür bu gölə. İsmayıllı hara, dəvə hara. Adam bir az şey olur. Heyif deyil bizim tərəflər? Xırda, miniaturnı adlar qoyuruq, məsələn, "Çömçə bulaq". Əmirvan, Qəmərvan, nə qədər vanlar var bizdədir. Gah qabağına qoyuruq, gah dalına, türkün misalı, Vəndam.

20220717_170851.jpg

Nə başınızı ağrıdım, Qəmərvan möhtəşəm yerdir. Amma gərəkdir ki, oralara qalxanda hündür maşın olsun, çay yolu, daşlar sedan maşını it gününə qoyur. Amma bu mənzərə üçün dəyərdi.

20220717_171306.jpg

Könlü balıq istəyənin quyruğu suda gərəkir, xatırladığım qədəri ilə məsəl cür idi. Qəmərvan və Əmirvan tamı-tamına ləzgi kəndləridir. Adların mənası da iki versiyada var, özünüz araşdırın.

20220717_171513.jpg

Adam burda qocalmaz deyimini təkrarlayır, sonra da "mənə lazım idi qışda marojna" deyib, it kimi ləhliyə-ləhliyə qayıdırsan.

20220717_171054.jpg

Bu yazını Qəbələ səyahətinin birinci hissəsi kimi paylaşdım, sonrakı bölümlərdə qonaqlıqlardan yazacam. "Bu yeyif-işmaxlar bizi qıracaq".

Bir dənə ürəyimdə qalan hissədən sonda qeyd edim, @yusif79 bizimlə deyildi. Adam yol adamıdır, məclis adamıdır. Gələn səfər Qəbələyə gedəndə onu da aparacam, sözüm söz.

Bütün xərci də özü çəkəcəyinə söz verib. Uzağı 1000 manat xərcimiz çıxar da. Maşın Yusifdə, pul Yusifdə, bizə də qalır onu yerbəyer etmək. Bu yayı daha əyləncəli etmək lazımdır. Payıza daha yaxşı planlar, daha mükəmməl, faydalı iş əmsalı ilə qayıdaq. Bu sezon babat yorulduq. Yeni sezona özəl proqramlar ilə qarşınıza gələcəyik. Özümü "Kurtlar Vadisi"nin son sezonunda Polad Ələmdar kimi hiss edirəm.

Steem alın, bizimlə qalın.

Photo by @revan746

#club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr

Sort:  

Congratulations, your post has been upvoted by @scilwa, which is a curating account for @R2cornell's Discord Community. We can also be found on our hive community & peakd as well as on my Discord Server

Manually curated by @abiga554
r2cornell_curation_banner.png

Felicitaciones, su publication ha sido votado por @scilwa. También puedo ser encontrado en nuestra comunidad de colmena y Peakd así como en mi servidor de discordia

 2 years ago 

Thanks

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57877.75
ETH 3163.24
USDT 1.00
SBD 2.26