💚Club100 || Blog yazmaq üçün nələri bilməliyik?

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, dostlar, necəsiz? Ümid edirəm ki, hər şey yolundadır. Keçək əsas mətləbə.

Steemit platforması bildiyimiz qədəri ilə əsasən blog yazarlığı üzərinə hesablanmışdır. Bəs biz necə edək ki, bizim yazdığımız bloga oxşayan yazılarımızı bir allahın bəndəsi oxusun. Bu arada deyim ki, Steemit platformasında paylaşdığınız yazılar Google axtarış matorunda ilk sıralarda çıxır. Bu da bizə üstünlük verir ki, blog yazarlığımızı Steemit üzərindən edərsək bizi daha çox oxuyan və fikirlərimizə münasibət bildirən həddən artıq olar. Müəyyən bir çevrəni öz ətrafımızda toplamağa imkan yaradır bizə Steemit. Və Steemiti bu qədər tərifləyəndən sonra keçib sözümün mustafasına.Çayınızı, suyunuzu hazır edin, getdik.

20220516_102959.jpg

Blog yazarlığında və oxucu kütləsi toplamağın kilid nöqtəsi- Mövzu seçimi. Elə bir mövzu seçməlisən ki, sən oxucunu yazında sonuna qədər saxlaya biləcək gücü o yazında əks etdirməyi gözə alırsan. Açıqlayım, əgər seçdiyiniz mövzu ölkə gündəminə uyğun olarsa daha uğurlu mövzu seçmisiniz deməkdir.

blog.jpg
photo

İkinci məsələ, elə bilin ki, aş bişir və o aş aşqarasız necə olar? Bərbad olar.
Mövzuya ad seçimi. Mövzu seçməyə nə var ki, oğul istəyirəm ağlında olan mövzuya ad qoysun. İndi yazın bu yerində arxa fonda musiqi verin, Dədə Qorqud gəlsin, ad qoyuruq.

Cəlbedici başlıq çox vacibdir. Məsələn, təkrar olsa da deyəcəm, "Bir qəhvənin sirri" adlı yazı daha cəlbedicidir, elə deyilmi? Bu ad belə olsa idi "Qəhvə hazırlamaq üçün nələri bilmək lazımdır?". Kimsə bu yazıya reaksiya verməzdi. Aşağı-yuxarı hər kəs bilir ki, qəhvə necə hazırlanır. Yazı başlığı oxucuya deyir ki, mən içərimdəki mövzu başqadır, sən məni oxumalısan. O filmdə necə deyir? "Elşən, sən hələ məni oxumamısan, mənsiz quşların dilini bilmək olmaz". Bəlkə də "quşlar" da bir başqa mənada işlənib, Elşən cavan oğlan idi, Mətanət də heç özünə görə deyildi.
Araşdırmalara görə başlıq altı sözdən ibarət olarsa daha çox izləyici, oxucu çəkir özünə. Üç sözdən ibarət başlıqlar isə idealdır.
Statistika deyir ki, hər 10 nəfərdən 2 nəfəri başlığı oxuyandan sonra yazını oxumağa qərar verən şəxsdir. Elə bilin ki, bazara yumurta almağa gəlib, kənarda gözünə əla xiyar dəyir, 3kq da ondan alır. Nə də olsa bu ölkədə ən yaxşı yetişən tərəvəz xiyardır. Gərək onu da yaxşı bazarlayıb sata biləsən.

(Yazımın bu yerində sizin burada xiyar, pomidor parnikinin reklamı ola bilərdi. Sloqana bax, "Biz əkirik, siz yeyin, yesəz də, yeməsəz də xiyardır".)

20210822_055029.jpg

Blog yazarlığında işin ən əyləncəli yanı fotolardan yerində istifadə etməkdir. Mövzuya aid olmayan foto daxil etmək sizin bloggerlik həyatınızı hər an bitirə bilər. Biri şərh bölümünə yazar ki, heç hənanın yeridir?

Son olaraq bəs blog yazılarımızı harda paylaşsaq daha çox insana səsimiz çatar? Heç kəs öz ayranına turş deməz və Steemit platformasını məsləhət görərdim. Daha nə yazım ki, gələsiz buralara? Günün sualı bu olsa gərək.
Di salamt qalın, Steem alın.

Photography by @revan746

#club100 #steemexclusive #photography #life #steemitazerbaijan

Sort:  
 2 years ago 

😂😂😂😂 yenə duzlu məzəli bir blog yazmağın tərifi. Sənə qibtə edirəm belə sözləri hardan tapır bu adam.

 2 years ago 

Vasif Talıbovla çörək kəsmişəm. "Sənə qibtə edirəm"- sən mənə heş zad edə bilməzsən.

 2 years ago 

😀

 2 years ago (edited)

Aleykum SALAM...🤝🏻

Heş zad. ALLAHA çox şükür ALLAH-ALLAH deyərək yaşayıram.(özümə cacabdeh olduğum üçün ümumiyə demirəm öz adıma yazdım. Hörmətli admin imkan daxilində "ALLAH" sözünü böyük hərflə yaz. Çünki, mövzuda vurğuladığın :

ALLAH təkdir, tayı-bərabəri yoxdur.Ehtiyacsızdır və xüsusi olaraq bütün kainat üçündür.

Fikrimi buna və Azərbaycan dilinin qrammatikasına əsaslandıraraq rahatlıqla deyə bilərəm ki, burada "ALLAH" kəlməsi xüsusi isimdir və xüsusi isimlər başlanğıcı böyük hərflə yazılır.
Ay Brat, "Elşən və Mətanət" ədəbiyyatımızın incilərindəndirlər. Camaatın adına söz çıxartma. Haqqlarına girmə...))
Bu sezonda xiyarlarda da xiyarlıq qalmayıb. O qədər tərif,izzət görüblərki artıq acılaşmağa doğru gedirlər.
Onu da qeyd edimki, başıma gələn hadisələrdən, qarşılaşdığım anlardan belə bir nəticə çıxartdım ki, əziyyət çəkib kiməsə yalvarmağa, xahiş etməyə ehtiyac yoxdur. Temanı tutan özü gələcək. Gəlməyənin də ALLAH canını sağ eləsin. Kef özünündü...(İstisnalar da ola bilər. Çünki, insanlar müxtəlifdir. Adam var bacarığı, qabiliyyəti super amma onu xərcləyə biləcəyi əlverişli məkanı tapa bilmir.)

 2 years ago 

Yazsa roman olar, yazmır.
Təşəkkür edirəm.

 2 years ago 

Film gibi yani))) Buyur xoşdur.

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57877.75
ETH 3163.24
USDT 1.00
SBD 2.26