💚💙💜Club100☕✔ 🔥 BURN STEEM.|| THE DIARY GAME Better Life.|| Qayğıkeş ata obrazı, canlı ifa, Ramalın dostları. 25% beneficiary to @null // 24.06.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, dostlar, necəsiz? Yenə yay gəlib, mənim də işdən sonra qayğıkeş ata obrazım fəaliyyətə keçib, uşaqlara söz vermişdim ki, sizi parka aparacam. "Əmrə abi, bizi discoya götür" misalı. Yusifə zəng edəcəkdim ki, bizə normal bir yer tap, nə də olsa o çöldə-bayırda çox olur, açığı adam etibar etmir, bir də gördün səni apardı Damla oxuyan yerlərə.

20220617_081849.jpg

Beləcə günü başladıq Əli ilə bağçaya getməkdən, yayın səhəri də çox isti olur, adam qışa yay deyib, noyabra may deməyi gəlir, yarının qasidinə çay deməyi gəlir. Nəyisə axşama sözüm vardı. Sözümüz söz.

Sən demə evimiz yanında canlı ifa olan, uşaqlar üçün də əyləncə parkı olan yer var imiş, mənim dünyadan xəbərim yox imiş, nə yaxşı ki, Yusifə zəng etməmişəm. Hər işdə bir xeyir var. Ramalın dostları və Əlini də götürüb düzəldik yola. Çay süfrəsi. Qiymətlərdən heyrətlənən Ramalın reaksiyası.

20220624_204157.jpg

İndiki zamanla və dünyada gedən ərzak böhranının meydan sulayan vaxtında qiymətlər elə də kəllə-çarx deyildi, sadəcə Ramal üçün 10 manatdan yuxarı olan çay süfrəsi baha göründü :)

20220624_204159.jpg

Nə yaxşı ki gəlmişik. Son ayların qaça-qovlarından yorulduğumu hiss etdim, canlı musiqi adama çox yaxşı təsir etdi. Sözün həqiqi mənasında ruhumuz dincəldi. Ramalın da musiqiyə belə maraq göstərməsi diqqətimdən qaçmadı. Adam qorxur ki, həvəsi yaranar, Yusif qulaq asan musiqiçilərdən olar, biabr olarıq. Çalışıram ki, nəsə yaxşı şeylərə qulaq assın, meyxana zad olanda qırğın düşür evdə.

video link

Youtube kanalım

Məni atıb yenə getdin, qocalıqda qaldım yetim...

Bu arada mənim adgünü postum hələ qalır. Yaxın zamanda o postu mütləq yazacam. İşlər o qədər çoxdur ki, nəyi nə vaxt yazacağımı da unutmuşam. Əsas olan zamanında "qayğıkeş ata obrazını" yaratmaqdır. Böyüklərə söz verib etməyə bilərsən, hardasa səni başa düşərlər, kiçilərə söz verdinsə, mütləq yerinə yetirmək lazımdır. Yaxşı örnək olmaq lazımdı. Əli demiş, mənə kişi sözü ver, ata.

Photo by @revan746

#burnsteem25 #club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr

Sort:  
 2 years ago 

Gələn il yazarsan ad günü postunu. Hələ nolub ki

 2 years ago 

Halaldıda sənə qaqa, day bəyənmirsən.Birdəki o, yeri mən sənə birdəfə demişdim.Təzə mahnı yükləmişəm😀😁(Ağlama gül)gələndə sənə qulaq asdıracam.

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57877.75
ETH 3163.24
USDT 1.00
SBD 2.26