🔥Club100😴✔BURN STEEM.|| THE DIARY GAME Better Life.|| Biz şərab içərik, onlar çay. 25% beneficiary to @null // 21.06.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Salamlar, bu postu vaxt edib səhərin korunda yazıram ki, sizləri də agah edim bir məsələdən ki, içimizdə bəzi masqalanmış insanların içüzünü açıb sərim sizin qabağınıza. Bizim də bəzi QHT fəaliyyətlərimiz var, bəzi gizli çəkilişlər, şantaj falan. Əlimizdən gəlir yəni. Az aşın duzu deyilik biz də. Bu arada deyim ki, "doğum günüm" adlı postumu da yazacam. O yazım yarımçıq qalıb. Bizim təkbarmaq @isa545 mömin adamdı. Biz də elə bilirdik. @yusif79 ilə bir tikə pivə içəndə bu adam çay içir, bizi utandırırdı. Bakal ilə çayı toqquşdurmaq da hansı leveldi bilirmirəm. Amma bizə bunu edirdi.

20220609_204825.jpg

Yay hər kəsə öz gücü göstərir, sərinləmək hər kəsin haqqıdır və bu haqqından İsa təkbarbaq Yusif olmadan istifadə etmək istədi, sonu yaxşı olmadı, kameralara yaxanlandı. Mömin insanların da sərinləməyə haqqı var.

20220612_143331.jpg

Foto şantaj və kompramat xarakteri daşısa da qarşı tərəfin sərt reaksiya verəcəyini güman etmirik. Onun da yəqin ki, bu foto ilə bağlı bir açıqlaması vardır əlbətt.

20220612_143345.jpg

Yox, əgər sən pivə içmirsənsə niyə və nəyə görə mənim saçaqlı pendirimi yeyirsən? Bunun hələ noxud variantı da var. Pivənin yanında gələn məzələrin 99 faizini pivə içəndən çox həmin kruqda olan həcilər yeyir. Bunu mən demirəm ki, BMT -nin İnsan Hüquqları təşkilatının apardığı sorğuya əsasən bu cür əks olunmuşdu.

20220615_170823.jpg

Deyir, qonşun pis olar, evdən tez çıxıb, gec gələrsən, görməyəsən deyə, üz-üzə gəlməyəsən deyə. Bəs, adamın noxudunu, saçaqlı pendirini yeyən dostundan yaxa qurtarmaq üçün nə edəsən? Hara müraciət edəsən, kimə yazasan, dərdini kimə deyəsən?

20220612_143418.jpg

Gərək yaxşı tərəflərindən də danışasan, dünən Yusif ilə İsa mənə yaş keçirdilər. Qəşəng kabab qonaqlığı. Adamın mütləq yanında İsa kimi, Yusif kimi adamı olsun gərək. Hər sözünü deyə biləcəyin adam. O ki qapağım atır ha, onda hirsimi tökəcək adamlardı bunlar.

20220612_143346.jpg

Fonda pəncərə arxasında görünən insan da Qəzi dayıdır, "Qəzi Plaza"nın sahibi. Yaxşı pomidor yumurta bişirməyi var, içinə bibər da qatır. Ümumən ölkə olaraq iki hissəyə bölünmüşük, bibər ilə pomidor yumurta yeyənlər və bibərsiz pomidor yumurta yeyənlər. Yaxın zamanda bu iki kəsim arasında qarşıdurma da gözlənilir.

Sonda Yusifin repertuarından bir video gəlsin duyğulanaq bir az.

Sort:  

Congratulations your post has been upvoted by The team Industrious seven.
Continue writing with the #thediarygame.
We are supporting the quality posts by using @steemcurator06. Happy steeming :)

#club100

The account was operated by @goodybest

 2 years ago 

Təşəkkür edirəm. Thanks

 2 years ago 

Yaxşı Əsgər, mən sənə göstərərəm!!!))
Belə yerdə deyiblər ki, "yaman yeyənin olsun, yaman deyənin olmasın".
"Yazığın köhnə bir aynalısı vardı, şilvərə sancmışdı, günün günorta çağı güllələdilər, bir çətən külfəti başsız qaldı".
Mən binəva fət oldu bir tikə pendir yedim, el aləmə car çəkib rüsvai-cahan elədin məni.
Ama düz edirsən, səhv bizdədi @yusif79 la məndə. Biz gərək sənə yaş keçirtməyəydik sənə... nəysə)))

 2 years ago 

Yaş keçirmək məsələsini ancaq sən tuta bilərdin, axıra kimi oxumusan))

 2 years ago 

Axıra kimi nədi? Hərf bə hərf))). Klipdə ki sarı saç Yusifdi deyəsən, tanınmamaq üçün özün dəyişdirib. Ama can fəşanlığından bilinir ki Yisifdi

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57877.75
ETH 3163.24
USDT 1.00
SBD 2.26