Yenidənqurma işləri...Part 1😉
Dəyərli Qrup Üzvləri gecəniz xeyirli olsun. Necəsiz? Dəyişiklik olması üçün bugünki postum fərqli olacaq. Neçə gündür pişiklə baş beyninizi xarab etmişəm. Sorry Пожалуйста🙏
Yəgin ki, foto Sizə tanış gəldi. Bu yumuşaltma çənlərindən biridir. Cod suyu yumuşaq suya çevirən çəndir. Çox dərinə getməyim ordan-burdan əvvəlki postlarımda bu haqqda məlumat vermişəm. Əslində hər postda daha aydın qeyd etmək həm borcum həm də, mənə xoşdur. Sadəcə uzun-uzadı danışıb yorucu olmaq istəmirəm. Günlərlə şikayətlərdən sonra nəhayət bu çənin bəxti açıldı. Yazıq nasaz vəziyyətdə qalmışdı. Maraqlısı da odur ki, şirkətə gələn materiallar, ehtiyyat hissələr xarici dövlətdən sifarişlə gəldiyi üçün bəzən təmir işləri aylarla yada bir neçə gün çəkə bilir. Bu səbəbdən nə qədər şikayət etsək nə faydası var. Danışmaq özümüzə qalır...
Sıradan çıxmış hissələr kəsilərək çənin xətlərindən ayrılır. Həmin xətlər ki, çəni su ilə doldurub boşaldır, çəndə suyun daima dövr etməsini təmin edir...
Burada isə nasaz detallar yeniləri ilə əvəz olunur. Buna yenidənqurma işləri də demək olar.😉 Mexaniklə köməkləşib köhnəlmiş sistemi yenidən düzəltdik və hər yeni detal köhnə sıradan çıxmış detalın yerinə xüsusi yapışdırıcı maddə ilə bərkidildi. Ən azından sabaha qədər gözləmək lazımdır. Çünki, həm mexanikin iş saatı bitdi həm də, yapışqan tam bərkiməlidir. İNŞƏƏALLAH sabah işə gedəndə ilk işim quraşdırdığımız sistemi lentə almaq olacaq. Hələlik bu qədər. Zəhmət çəkib oxuduğunuz üçün çox sağ olun.ALLAH Sizdən razı olsun, postlarınız bol STEEMli olsun. AMİN İNŞƏƏALLAH🤲
Gecən xeyir, Qardaş. Bu çən, boru teması qəşəng temadı. Mən çox diqqətlə oxuyuram 😀😀😘. İşin avand olsun!
Yorulmuyasiz
Salam. Çox sağ olun. Minnətdaram
Salam Aleykum Gözəl İnsan. Hər vaxtın xeyir olsun. Üzürlü say gec cavab yazdım... Qəşəng günün olsun AMİN İNŞƏƏALLAH🤲 Gözəl sözlərə görə də çox sağ ol, var ol. ALLAH razı olsun🤲
İşləriniz su kimi avand olsun 😊 . Məncə artıq sistemi lentə almısınız 😄 . İNŞƏALLAH sizində steemlər bol olsun
Çox sağ olun. ALLAH razı olsun. Sizinlə bahəm...AMİN İNŞƏƏALLAH🤲 Davamı növbəti postumda...