You are viewing a single comment's thread from:
RE: Rəy zamanı-2||club5050/ (100% beneficiaries for Steemit Azerbaijan)/
Əvvəla SALAM
- Adımı yaxşıya çıxardığınız üçün təşəkkürlər. Janr kimi ayıra bilmirəm. O dərəcədə təcrübəm yoxdur. Loru dildə desək : kitab öyrədici məqsədli, motivasiya verici (həyatdan, dünyəvi biliklərdən) biraz da fikirlərə, hisslərə toxundurucu(o sarı sim deyirləre)... Elə bir kitab ki, Onu insan oxuduqca daima yanında gəzdirməli olsun, hər anında dadına çatan bir şey.
Zəhmət deyilsə posta foto da əlavə edin. Fərq etməz. Mövzuya uyğun olaraq kitab da əlavə edə bilərsiz. Axı qiymətləndirmə əsas fotoya görədir 😉
Düşünürəm ki, kişisel gelişim kitabı nəzərdə tutursuz, çox sevirəm bu tərzdə kitabları👍🏻. Yazsanız ilk oxucunuz var artıq. Diqqət etdiyiniz üçün təşəkkürlər, unutmuşam şəkil əlavə etməyi, editlədim🙏🏻
Bəli həm kişisəl gelişim həm də oxucuda yaşama pozitiv enerji yarada biləcək bir kitab olsun. Son zamanlar intiharların, bir insanın digər insanın həyatına son qoyması, insanların bir-birinin aldatması və s. neqativ halların sosial şəbəkərdə şahidi oluruq və bu da getdikcə artmaqdadır. Araşdırma apardıqda səbəbin çox xırda və gərəksiz bir şey olduğunun fərqinə varırıq. Çox vaxt deyirlərki, zəmanə belə, zəmanə elə...Dili-ağzı yoxdu deyə Zəmanə bir cavab verə bilmir. Əslində kobudda çıxsa azğınlaşan insanlardır. Bu tipli neqativ halların qarşısını alan, həyatın dəyərini anladan bir kitabdır düşündüyüm. İnsanı duyğulandıra biləcək və bu duyğulu anlardan çıxara biləcək bir kitab.Çox təəssüfki, kitab yazarlıq qabiliyyətim sıfırdır. ♂️Amma yazarlara tövsiyyəm budur.
Diqqət edilməsi çox vacib məqamlardır vurğuladıqlarınız. 👍🏻
Rəyiniz üçün minnətdaram🙏🏻
Bəli. Necə deyərlər : Oho var dağa mindirər, Oho var dağdan endirər... Buyurun xoşdur.
Elədir ki var👍🏻
Təşəkkür edirəm.🙏