Qazıntı işləri🚜

in Steemit Azerbaijan☪✔3 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun. Dostlar keçən günlərin birində istirahət günümdə levıy iş düşdü əlimə. Fürsətdən yararlanmaq lazım idi. Belə fürsəti əldən qaçırtmaq olmazdı. Əmim işlədiyi evin həyətində qazıntı işləri görmək lazım idi. Mən Ekskovatora ehtiyac var imiş.

IMG_20211203_091751.jpg

Fotoda gördüyünüz yerdə 10-15 uzunluğunda, 20 sm enində və 25-30 sm dərinliyində cığır qazmaq lazım idi. O yaşayış ərazisində kanalizasiya xətləri yoxdur. Oralarda yaşayış sayı təzə-təzə artdığından hələ kanalizasiya sistemi qurulmayıb. Hər evdə "şambo" deyilən quyuya rast gəlmək olar. Bu evdə də evdən çıxan kanalizasiya borusu şamboya birləşdirilməli idi. Bunun üçün boruya maililik verilib birləşdirmə üçün şamboda olan boruya istiqamətdə xətt atılır. Bəzi yerlərdə torpaq yumuşaq idi. Bəxtimdən bir gün əvvəl yağış da yağmışdı. Bu da işimə yaramışdı 😉

IMG_20211203_104750.jpg

Biraz dərinliyə getdikcə bərkimiş gil təbəqəsi ilə qarşılaşdım. Bu da vaxtımı uzadır, işimi ləngidir. Çıxış yolu da tapdım. Səbrlə, təmkinlə hərəkət etdim. Qazdığım arxı hissələrə böldüm. Həmin hissələri su ilə doldurub biraz gözlədim. Səbəb də o idi ki, gilli torpaq suyu canına çəksin biraz yumşalsın 😊 Arxı hissələrə bölməkdə məqsədim, su axıb getməsin. Yığılıb hissələrdə qalır, torpaq tədricən suyu içdikcə yumşalır. Fikir versəz şəkildə də görünür. Elə hissə var artıq suyu canına çəkib. Çox şükür ideam işə yaradı.😊

IMG_20211205_224744.jpg

Bu da işimin sonu.Tapşırıq müvəffəqiyyətlə yerinə yetirilmişdir... Dostlar əziyyət çəkib oxuduğunuz üçün minnətdaram. Zəhmət qarşılığı olaraq, ALLAHA Sizdən razı olsun, Sizə bol STEEMli postlar arzu edirəm. AMİN İNŞƏƏALLAH🤲

Sort:  
 3 years ago 

Allsh sizdəndə razı olsun.Yorulmayasız

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
BTC 59220.04
ETH 2316.03
USDT 1.00
SBD 2.51