The Diary Game -Better Life Season 3 - 26.08.2021. Fındıq rəngli gün.
Axşamüstünüz xeyir, a millət. Bu gün qocaman bir darıxmağın içindəyəm. Sizə bir söz deyimmi. İndi hamı darıxır. Bütün bəşəriyyət darıxır. Darıxmaq kimi ikinci əclaf bir hiss yoxdu. O ki qala nədən darıxasan, özün də bilməyəsən. İnsanın öz evində darıxması müdhiş bir hissdi. Günümüz payızlığı yerləşdirməklə keçir. Arada özümüzu bir çay keyfi ilə sevindiririk.
Bu taxta fındıq ağacının altındadı. O qulağına tutub silkələyəndə içində fındıq silkələnir ha, ən ləzzətli fındıqlar onlardı. Onları vedrəyə atmaq günahdı. Elə bu taxtanın üstündəcə onların məsələsi həll olunur)).
Bu aralar özümüzdən çox bu mənzərəni görürük. Bəni insan övladı çox nankor zaddı. Olmayanda deyinirik. Olanda da deyinirik.
Pərişan olmağımın bir səbəbi də toyuqlarımın yumurtlamamasıdı. Zalım balaları bizim deputatlara dönüb. Müftə yeyib içirlər. Düz bir aydı yuvadakı vəziyyət belədi.
Bir balaca sevincim də bu çek oldu. Bu nəyin çekidi, ayrıca yazacağam. Amma burdakı ədv ləri geri alıb 37 qəpik qazanmaq da həyatıma rəng qatdı. 🤭
Həə, belə. Əgər çox hörmətli kurator bu postumu görsə və
özünüz bildiniz də, məsələni, söz verirəm ki, bütün qazancımı deleqasiya edəcəyəm🤭
Qoza görə adam bu posta 100 dollarlıq upvote vermək istəyir.
Sözüm sözdü)
Sən 🍎 şəkili paylaşma Səs ver
Səs verin, telegram qrupunda bir qonaqlıq məndən 😄
😂😂😂👍 Super.Babat upvote istəyir bu yazı.hədeyənlər ? Bu mən🤚
Я тоже)))
Ey HÖRMƏTLİ MÜƏLLİMƏ çayın yeri başqadu temboli o mənzərədən, o ab-havada) Nuş olsun. Fındıqlara lap yazığım gəldi. Sanki "edam meydanı"-dadırlar..Bu qədər acımasız olmayın) Məsləhət kimi çıxmasın, bəlkə toyuqlarla söhbət edəsiz? Nəsə dərdləri var)) Yenə də, şükür edin, Yoxa Lənət)))Oki, qaldı insanın nankorluğuna: ALLAHIN(c.c.) yaratdığı Ən Ali varlıq İNSANDIR, Çox təəssüfki, insan çox zaman naşükürlük edir, nə istədiyini bilmir.(əgər istəsəz bunu açıqlaya bilərəm.) Ədvə görə ALLAH bərəkət versin..AMİN🤲 Nəhayət, sonuncu şəklin başqa yeri var Ümid edirəm başa düşər)
Mən də ümidimi ona ☝️ bağlamışam))
Fikir eləmə.Yaxşı olar.AMİN İNŞƏƏALLAH
Bütün günümüzü burda həsr etmisən. Olmasa olmazdı. Təbriklər))
Dəydi haa))
Salam. Qəbələdə fındığın kilosu neçiyədir?
2.80. Ucuzdu)
Fındıq bu vaxtı dəyir ki? Görüm, Qəbələnin fındıq bağların yaman tərifləyirlər, gedəcəm oralara. Deyirlər, yerə tökülür, yığan olmur-zad
Vallah bu saat fındıq yığan qonaqdan ötrü ölürəm))
Yay vaxtı smavar çayı))))))
Gəlib içəcəm sizdə