The Diary Game / Better Life 3.Season 27.07.2021

in Steemit Azerbaijan☪✔3 years ago

Salam. Qaynar bir iyul səhəri yuxudan oyanan kimi axşamdan planlaşdırdığım işin dalınca getdim. Qonşumuz həyətində hovuz tikib. Mən də o hovuza baxmaq istəyirdim haçandı. Özümü sındırıb gedib hovuza baxmaqdansa yolu bir az uzaq elədim. Dağımızdan qonşunun həyəti ovcunun içi kimi görünür. Səhər durub çıxdım dağa. Təbiət adama gəl-gəl deyirdi.

IMG-20210727-WA0017.jpg

Özümə bir strateji mövqe seçib qonşunun həyətinə baxdım. O gördüyünüz mavi şey hovuzdu.

IMG-20210727-WA0014.jpg

Bu gün heç planlaşdırmadığım bir iş də ortaya çıxdı. Nənəmizin insulini bitib. Rayon mərkəzi xəstəxanasına gedib onu almaq lazım idi. Getdik xəstəxanaya. Qapıda növbəni görüb gözüm kəlləmə çıxdı. İsti də bir tərəfdən toy tuturdu.

IMG_20210727_091411.jpg

Nəysə ki, növbə götürdük. Nənəmizin insulinini almaq üçün etibarnaməni də asan xidmətdən almalı imişik, amma kənd nümayəndəliyindən almışıq. Buna görə anlaşılmazlıq yaşadıq. Axır ki, növbəmizi götürdük.

IMG_20210727_100110.jpg

Xəstəxana qoxularını sevmirəm. Xəstəxanaların heç nəyini sevmirəm. Kim sevir ki, zatən?) Koridorlar, məyus üzlər. Divarlar adamın üstünə gəlir.

IMG_20210727_101726.jpg

Bir zülmlə iynənin kağızını alıb çıxdıq. Zülmlə deyəndə ki, insanımızın növbə mədəniyyətində bir az problemlər olduğunu hamımız bilirik. Xəstəxanaya gələn adamlar da çox əsəbi olurlar. Onu da deyim ki, qapıda çox enerjili həkim xanım vardı. Elə qışqırırdı ki, səsi yaxın küçələrdən eşidilirdi. Yəni dediyim o ki, şəkər həkiminin otağına gəlib çıxana qədər çox şeylər yaşadıq... Şəkər həkimi də o qədər əsəbi idi ki, adamı söysə ondan yaxşı idi. Əslində qınamıram da. Adətən aptek elə həkim otağının böyründə olurdu. Adamlara rahatlıq olub özlərindən çıxarlar deyə, onu da uzaqlaşdırıblar. Nəhəng xəstəxana binasını 3 dəfə fırlanıb apteki tapdıq. Aptekin yanında qədim tibb maşını vardı.

IMG_20210727_105702.jpg

Elə o maşından bir az bəridə müasirlik göz oxşayırdı.

IMG_20210727_105705.jpg

Beləliklə, səhər saat 8-də evdən çıxan biz saat 13-də güclə evə gəlib çatdıq. Bu hekayənin içində dondurma alıb yemək kimi xoş bir hadisə oldu. Başqa heşzad 😊

@steemcurator01

Sort:  
 3 years ago 

Sayəndə qonşunun həyətini mən də gördüm))

 3 years ago 

O mavi hovuzdan bu dəqiqə biri sizin həyətə yaraşır biri də bizim. Belə isi havada yol gələndən sonra sərinləmək üçün😉.

Su da olsa, deyirsənmi?))

Həzrədə su qıtlığıdı, Vəndamda camaat hovuz tikir- "adaletin bu mu dünya?" burda deyiblər

Hovuzun üzünə nə vaxt gün doğub içinə su dolar, daha orası qismət məsələsi)

 3 years ago 

O hovuzdan Sizdə niyə yoxdu axı? Nə bilmək olar, İNŞƏƏALLAH Siz də onunun inşaasına başlayıb bitirdikdən sonra onu görmək üçün Qonşu da mövqe axtardı... Hər ehtimala qarşı bu arientalları silməyin.. Qonşuya da lazım ola bilər..Hal-hazırda olduğunuz yerin möhtəşəm ponaramısı var)👍

Qonşu da hovuzu özü üçün tikməyib ee, kirayənişin saxlayacaq. Onun üçün tikib))

 3 years ago 

BizneSSs..DOLLAR SƏYYARƏSİ)))

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
BTC 59431.63
ETH 2320.14
USDT 1.00
SBD 2.50