Doğum günün mübarək, kənar məhəllə uşağı😊
Əhvalat vaqe olur 2016 - cı ildə facebookda. Bir az dərindən düşünsəm ayını, gününü də yadıma sala bilərəm. Amma qalsın. Deməli, biz bu adamla bir postda rastlaşdıq. Rəylərdə eyni bölgənin adamı olduğunu anlayınca daha yaxından tanış olmaq qərarına gəldik. Ənənəvi "sən rayonun hansı tərəfindənsən?" sorğu sualı gəlib elə nöqtəyə dirəndi ki, oturduğum yerdə o yan bu yana boylandım ki, şəkililər demiş, adam ha burdan bura "ağzımın içindədi"
Odu, budu bu adam həyatımın içində bir dəyə qurdu . Vallah desəm ki, çox mehriban dolanırıq, yalan olar. 2016-cı ildən bəri nəqd yerindən 2 il yarıma qədər küsülü olmuşuq. Səbəbini heç kəs bilmir, yəni özümüz də bilmirik :)
Çox avantürist qərarlar qəbul eləyib, çox avantürist layihələrə imza atmışıq. Məsələn, adam gecə yuxusunda görüb ki, ədəbi- bədii sayt açmaq istəyir (kəndisi ədəbiyyatçıdı, guya). Bu sayta bir ad fikirləşmək lazımmış. Bir dünyagörüşlü, savadlı, müasir düşüncəli, çox səbirli bir ədəbiyyatçı və dilçi müəllimənin (yəni mənim🤭) də bu barədə fikrini almaq istəyəndə elə həmin müəlliməni (yəni məni) elə canından bezdirmişdi ki, müəllimə " səni mənə ürcah eliyəni Allah bildiyi kimi yapsın" - demişdi. Və beləcə "Ürcah" saytı yaranmışdı.
Sonra YouTube də bir qiraət kanalı açmaq. Açdı da.
Bizim bu adamla çox maraqlı və qəribə dostluğumuz var. Məsələn, bir temamız var. Gül kimi də temadı. Temaya necə yanaşıb, necə işıqlandıraqsa bilmirik, burda da ideyanın oğurlanmasından qorxuram deyə açıqlamıram:)
Uzun sözün qısası, bu gün bu Adamın doğum günüdü. Maması da az bilməyib ha. Həm özünün, həm də qardaşının doğum günü eyni gündədi. Bir göy lobyalı aş ilə məsələ həll olunur yəni. Xeyli məsrəfin qarşısı alınır.
Doğum günün mübarək olsun, Adam. Səni mənə ürcah, məni də sənin şəxsində Steemitə ürcah eləyənin Allah bəlasını verməsin.
P S. Bu şəklin müəllifi qızım Gülaydı. Rəvanın bu şəklini çəkmək üçün məndən 10 manat alıb. Rəvan, ağlında olsun🤭
Vallahi məni Steemit üzərindən hələ kimsə təbrik etməmişdi. Bu cür təbrik etməmişdi. Təşəkkür edirəm. Var olsan, müəllimə. Bax e 5 il imiş. Bir igidin ömrü imiş. Mən 10 manatı Gülaya bağışlamayacam. Mən də hara çatsam deyirəm ki, biri mənə bunu hədiyyə olaraq çəkib. Sən demə pulunu alıb. Borc olsun))))
Yaxşı ki Gülay bu postu oxumur. Yoxsa məni rüsvay eləyəcəkdi ki, mənə nə vaxt vermisən 10 manatı?))
Linki atarıq oxuyar, no problem.
Ayə mən deyirəm də təsadüf heç zad yoxdu ee bu dünyada.Dünəndən "Aş aşağı "aş yuxarı " tema qovalıyırıq.)))Sən demə bu gün xeyir iş varıymiş ,ona görə Nurəngiz xanım"aş"dəmliyibmiş.
Bərq vuran çilçıraqlar,
Gecənin bağrın dəlir.
Təam dolu süfrəyə,
Bolluq rəmzi aş gəlir)))))
Nurəngiz xanım çox sağ olun məlumata görə.Təşəkkür edirəm ki bildirdiniz.
Qardaş Sən "poeziya ədəbiyat"kanalı açmısan,ama mən adəbiyat açmayım burda.Səni təbrik edirəm Zəkalı İnsan!!!Adın da Günün də Mübarək olsun Qardaş.Uğurun bol və davamlı olsun!!!
Biz də yağmırıq, yalandan guruldayırıq))
Həə ee)))
Çox sağ ol, var ol, İsa. Diqqətinizə görə minnətdaram.
Münasibətlər yaranır, zamanla möhkəmlənir ya da qırılır. 2017 ci ilin dekabırında ilk dəfə steemit Azərbaycan qrupunun whatsapp qrupuna qəbul olundum. Rəvanla tanışlığımızdan bəri maraqlı vaxtlarımız çox olub. Səbəbsiz xətrini əziz bildiyim insanlardan olub. Var ol qardaş. Təbrik edirəm. Nurəngiz müəllimə sizə dərin minnətdarlığımı bildirirəm bu maraqlı və məni içdən güldürən bu yazı üçün.
Famil, bu hekayədə zərrə qədər də yalan yoxdu. Hətta bura yaza bilmədiyim acı gerçəklər var🤭🤭
Acı? 😀 xatirəsi keçdikcə şirin olar
Təşəkkür edirəm, var ol, qardaşım.
Təbriklər qağa 100 yaşıyasan.Hər zaman həyatda arzularıva çatasan.