Yuxuda gəzənlər

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Hər kəsə salam . Bir az ara vermişdim,dərslərə görə. Yenidən qəşəng bir mövzuyla qayıtdım ;)

Bildiyiniz kimi , dünya əhalisinin bir qismi yuxu pozuntusu kimi elmə daxil olan Somnambulizm(Lunatizm),başqa sözlə desək, yuxuda gəzmə sindromundan əziyyət çəkir .
Bu insanlar demək olar ki, çox həssas ruha və ya nevrotik hallara sahibdir.

uyurgezer-kisi-nasil-uyandirilmalidir-h1480772752-6b094c.jpg
Link

Yuxuda beyinin müəyyən hisslərində hərəki analizator, görmə və eşitmə analizatorları oyaq halda olur.
Somnambulizm zamanı insan dərin yuxuda olanda baş verir . Ayıldıqlarında heç nə xatırlamırlar. Xatırlasalar belə, tam reallığı əks etdirmir.

resized_c18c2-ae7151d2shutterstock_610713242.jpg
Link
Bu problem mənim bacımda da bir dəfə baş vermişdi . Atamın dediyinə görə , gecə durub görüb ki , bacım ayağa durub və çöl qapını açmağa çalışıb. Bir anlıq atam dəhtəşə düşüb ki, bu qız hara gedir belə . Bacımı çağırıb ,cavab verməyib. Atam yanına gedəndə görüb ki, özü -özünə danışır,qapını açmağa çalışır. Bacımı oyatmadan yavaş-yavaş yerinə aparıb. O gündən sonra atam bütün qapıları bağlayır ki, bacım birdən durub gedər. Yaxşı ki, bu hadisə bir dəfə baş verib . Hansı səbəbdən belə olduğu məlum olmadı bizə.
Səhər durub bacıma olanları atam danışıb. Bacım da heç nə xatırlamadığını və elə bir şey etmədiyini dedi. 😀Bir anlıq qorxmuşdum. Sonra gördüm daha belə halları olmur və rahatlaşdım.
Bu tip insanları oyatmağa çalışmaq düzgün deyil. Oyatdığınız zaman dəhşətə gələ və nevrotik halları arta bilər .
Dədə- babadan belə insanların ayağının altına çarpayıya yaxın yerdən nəm dəsmal qoyurlar . Duran kimi ayaqları nəm dəsmala dəyir və ayılırlar ,deyilənə görə.
Odur ki, belə problemi olan adam varsa yan-yörənizdə, nevroloqa aparın.Əks halda epilepsiya və daha təhlükəli sindromlara düçar ola bilər..Bu günlük bu qədər .
Elmlə qalın ,sağlam olun ;)

Sort:  
 3 years ago 

Maraqlı post idi teşekkürler

 3 years ago 

Çox xoşdu

 3 years ago 

Haha mənim dayım qızıda eledi bize gelende anam neçə yerden bağlıyır qapını. Maraqlı idi thank you menden sene bir teaa☕️

 3 years ago 

😀dayın qızından korkulur

 3 years ago 

He Vallah😂

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57136.05
ETH 2350.60
USDT 1.00
SBD 2.40