Pulsuz yaşamaq istəyənlərin vətəni

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Hər kəsə salam,əziz Steemitçilər. Ümid edirəm ki ,yaxşısınız . Bu gün təsadüfən ağlıma gələn parıltılı bir postla gəlmişəm ;)
Dostumla birlikdə xaricdəki yaşamla bizim ölkə yaşamını müzakirə edirdik. Ortaq fikir olaraq belə qənaətə gəldik ki , ən qabaqcıl ölkələrdə kasıb insan sadəcə öz xərclərini qarşılayacaq vətəndaşlara deyilir . Yəni bizim ölkədə orta imkanlı insana bərabərdir yaşam tərzləri.
Pulsuz yaşamağın mümkün olduğu bir ölkədə yaşasaq nə olardı deyə sual verdim təsadüfən. Sonra bununla bağlı araşdırma dolu post hazırlamaq ideyası beynimə danq elədi.
Elə ilk iş sizə Kuba dövləti haqqında məlumat verməkdə görürəm..

endirmə (2).jpeg

Linkə keçid
Bu ölkədə demək olarki pul lazımlı bir vəsait sayılmır. Çünki dövlət tərəfindən insanların gündəlik təlabatlarının 40% -i ödənir. Gigiyenik vasitələrlə, hər ay təmin olunurlar . Ölkədə dini ,irqi ayrı-seçkilikdən söz gedə bilməz . Kubada görəcəyiniz hər qarış torpaq ,mal -qara ,toyuq-cücə , küçə heyvanları( hər heyvanın boğazında doğum tarixi və adı yazılan vəsiqə asılır )fabriklər, hotellər dövlətə məxsusdur.
Belə deyim , tutaq ki, həyətinizdə toyuq saxlayırsınız və ürəyinizdən onu kəsib yemək keçir . Əgər siz toyuğu dövlətdən icazə almadan kəssəniz ,məsuliyyətə cəlb olunursunuz.
Bura ən çox tütünü və şəkəri ilə məşhurdur . Ortalama hesabla hər kəs - istər məmur ,istərsə də adi fəhlə 30 dollar civarında maaş alırlar.

endirmə (3).jpeg
Linkə keçid
Yalnız həkimlər 50 dollar maaş alır . Üstəlik burada dərmanlar, gigiyenik vasitələr özlərinə məxsusdur . Kubada təhsil , təhsil ləvazimatları dövlət tərəfindən ödənilir. Heç bir gənc nəsil gələcəkdə nə olacam və necə iş sahibi olacam deyə düşünmür . Burada təhsil bacarıqlara əsasən verilir .Hamilə xanımlara müayinələrdən keçmək,analıqla bağlı təhsil almaq məcburi və şərtidir.
Habelə, Qan və ağ ciyər xərçənginin müalicəsi burada effektivdir . Çünki dərmanlar özləri tərəfindən hazırlanır. Ölkədə internet istifadəsi limitli şəkildədir və fabrik alanlarında xüsusi bir kartla internet istifadəsi mümkündür.

images (3).jpeg

Linkə keçid

images (3).jpeg

Linkə keçid

images (3).jpeg

Linkə keçid
Texnoloji baxımından orda nə paltaryuyan ,qaz sobası və s. tapmarsınız.
Restoranlar bəxşiş sistemiylə işləyir. Yəni siz bir restorana getsəniz gərək 1-5 dollar arası bəxşiş verəsiniz .
Ölkədə qazanc son illər ərzində turistlər sayəsində artmaqdadır . Turistlərin gəlişi insanlara xoşbəxtlikdən çox ,bədbəxtlik gətirib . Çünki lüks bir həyat görməyən kubalılar turistlərdəki yaşam tərzini daha çox istəməyə başlayıblar. Bizim ölkədəki kimi burada da turistlərə "hava xoşdur";)
Millət də deyir niyə məndə olmasın. Ona görə son vaxtlar kapitalist yöndə düşüncələr ölkədə baş alıb gedir . Necə deyərlər ,"nəfs görməsə ,istəməz".

IMG_20211130_152446_1.jpg

Düşünürəm ki, Kubadakı kimi bizdə də təhsil,müayinələr , yoxsul və evsiz insanlar üçün müəyyən limitdə qidalar pulsuz olsaydı ,heç kəs ölkədən narazı qalmazdı...Xəyallar ,həyatlar ...
Bu günlük bu qədər .
Xoşbəxt olun,sağlam olun:)

Sort:  
 3 years ago 

Bacı niyə rəqib olursan mənə bu əla postunla😂

 3 years ago 

😂Allah belamı vermesin mənim . Qazanana çay hədiyyə :)

 3 years ago 

Vermesin. Nə bilirsən çay sevdiyimi.😂

 3 years ago 

Özüm də çayxoram. Hiss elədim. Yaşasın Magiya 😂😂

 3 years ago 

Sizi tapdiğıma şadam. Yaşasın çayxorlar☕️

 3 years ago 

Bir gün ora da getmək xəyalları ilə 🙂

Bəlkədə hər şey göründüyü və deyildiyi kimi deyildir. Göz açıq olun)

 3 years ago 

Ola bilər

Coin Marketplace

STEEM 0.15
TRX 0.16
JST 0.028
BTC 68049.77
ETH 2412.17
USDT 1.00
SBD 2.32