Gülüş oksigendir , kədər karbon dioksid

in Steemit Azerbaijan☪✔3 years ago

Hər kəsə salam ,əziz Steemitçilər. Ümid edirəm ki, gününüz gülüş dolu keçib. Keçməyibsə, bu post sizdə təbəssüm oyatmağa səbəb olacaq ;)
Heç olub ki, yolda gedəndə yanınızda heç kəs olmadan yadınıza nəisə salıb güləsiniz ?
Üzünüzdə günlük gülüş yaradacaq səbəblər varmı ?
Ümumiyyətlə , insanların böyük bir qismi günlərini kədərlə,stressə keçirir.
Fikir versəniz , həmin insanlar oksigensiz qalmış kimi dərindən nəfəs almağa çalışırlar .
Kədər karbon kimidir . Oksigenin olmadığı anda yavaş -yavaş sizi ölümə aparacaq qədər boğmağa başlayır .

IMG_20211213_173655.jpg

Axı nədir müsbət fikirlərdən dəyərli nəsə? Ömrümüzə oksigen kimi gələn gülüşdən nəsibimizi almaq yerinə , geri göndəririk.
Vaxtilə özüm də çox qara fikirli qız olmuşam . Sonra düşündüm ki , mən bu qara fikirləri necə özümdən qova bilərəm?
Gəlin sizə maraqlı metodlarımın bir neçəsindən bəhs edim.
Birinci metod . Kədərli və ya çox stressli olduğunuz vaxtlarda üzünüzdə heç bir səbəb olmadan təbəssüm oyadın. Oyatdığınız təbəssüm sizə xoşbəxtlik gətirməyə və həqiqi gülüşə səbəb olacaqdır.
Üzdə təbəssüm olduğu zaman ,beyinə avtomatik olaraq " deyəsən hər şey yaxşıdır " siqnalı ötürülür və xoş hissləri ömrümüzə qonaq edir :)
İkinci metod . Kədəri yaradacaq fikirlərə qarşı gəlin. Bizi hərəkətə gətirən tək şey beyində yaranan fikirlərdir . Fikirləri müsbət yönə çəkdiyimizdə,problemləri hər zaman çox qısa vaxtda həll etmək mümkündür. Özümdən misal çəkim.
Deməli, mən birinci kursda oxuduğum vaxtda ,hər semestr və ya digər imtahanlara gedəndə beynimdə "kəsiləcəm deyəsən" fikri səslənirdi.
Bu fikir mənə o qədər ağır gəlirdi ki, yenə bilmirdim . Fikirləşdim ki, beynimdəki şeytani düşüncəni necə susdura bilərəm? Və tək həll yolunu müsbət yöndə düşünməkdə tapdım. Özüm -özümə hər dəfə " mən özümə inanıram və bilirəm ki, keçəcək. Keçməsəm də bunu problem edəsi deyiləm . Deməli, yaxşı oxumamışam." deyirdim . Beləliklə, bu fikir sayəsində əlaçı olmasam belə ,zərbəçi olaraq davam edirəm təhsilimə😁☑️

IMG_20211207_091453.jpg

Üçüncü metodum. Kədəri sevməkdir . Bəli ,bəli səhv oxumadınız. Ağlınızda sual yarana bilər bununla bağlı. Özümdən bir misal çəkim.
Kimdənsə inciyəndə ( nadir hallarda olur ) hər dəfə kədərli mahnılara qulaq asmaq ,günümü qəmgin keçirtmək istəyirdim . Açığı özümə qadağan edirdim , qəmli mahnıları . Düşünürdüm , belə mahnılar məni daha da dərinə aparar. Bunu da yendim😁. Kədərli mahnılara qulaq asdıqca, zövq almağa başladım. Və istəmsizcə bu zövq almaq mənə xoş təsir edirdi. Və günü bu gün xoşbəxt olduğum hər saniyə qəmli mahnılar eşitsəm,zövq alıram. Müslüm baba fanatı olub getmişəm :D

Screenshot_2021-12-13-20-34-52-588_com.whatsapp.jpg

Əsas odur ki, özünüzlə vaxt keçirməyi sevin. Sevdikcə,daha xoşbəxt olacaqsınız .
Mənimçün gülmədiyim gün , özümə qəsd etdiyim gündür.
Özünüzə qəsd etməyin,oksigen qəbul edin .
Elmlə qalın , xoşbəxt olun ;)

Sort:  
 3 years ago 

xanım qız gül camalınızıda gördük😍

 3 years ago 

Səni də görsəydim,cənnətə düşərdik😀🤩

 3 years ago 

Haha canlı insAllah😂

 3 years ago 

Ayın 23-ü inşallah

 3 years ago 

Məncə də əksər hallarda xoşbəxt olmaq üçün səbəblər tapmaq mümkündür. Gözəl post üçün təşəkkürlər🙂

 3 years ago 

Elədi ki var ) çox xoşdu 🤩

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 58015.02
ETH 2381.83
USDT 1.00
SBD 2.42