💙Club5050💙// THE DIARY GAME Better Life.||Mavi qızılgüllər||(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Hər kəsə salam. Ümid edirəm ki, gününüz əla keçib.Məni soruşsanız, çox xoşbəxt günümdəyəm. Çünki Bts qrupunun yeni iki -üç mahnısı yayımlanıb. Proof albomunun ilk mahnısı "Yet to come " adlanır. Sözləri və klip çox əla alınıb mənə görə.

IMG_20220423_224718.jpg

Son iki -üç gün ərzində nəsə paylaşa bilmədiyimdən dolayı özümü çox narahat hiss edirdim. Buna səbəb möhtəşəm dövlət imtahanımdır . Hər dəfə özüm- özümə deyirəm ki, filan saatda paylaşım edəcəm . Həmin saatda yuxum necə gəlir, heç normal vaxtı o qədər yuxulu olmaram. Bir baxıram artıq səhər saat 9-du .
Adsız adlı kitabımın üçüncü hissəsini sizlə bölüşmək istədim. Ümid edirəm ki, bəyənərsiniz. Fikirlərinizi bölüşməyi unutmayın.

IMG_20220514_104606.jpg

Part3
Nil isə bir şey anlamamış halda Orxana kömək etmiş şəxslə görüşməyə gedir, nə baş verdiyini anlamaqçün sual dolu baxışlarıyla mühafizəçiylə birlikdə addımlamağa davam edirdi .

                  ***

Xəstəxananın girişində gözləyən 25-30 yaş aralığında hündürboy, şux qamətli , son günlərdə dəbə düşmüş iki tərəfə ayrılmış qara dalğalı saçları ,soyuq baxışları olan vəkil Nilə tərəf yaxınlaşaraq əlindəki paketi vermək istədi.

  • Salam. Çox gümanki ,siz zərərçəkmişin yaxınısız. Bir dəqiqəlik sizlə şəxsi söhbət edə bilərəm?
  • Olar,problem deyil.
  • Bu paketdə Orxanın döyülməsi ilə bağlı kamera görüntülərinin olduğu fləşkart var . Polislər gəlmədən əvvəl onları yüklətdirib sonra sildirmişəm.
    -Axı siz niyə bunu eləmisiniz?
  • Orxanın başı böyük dərddədir. Haqqında araşdırmalar tam başlamamış fləşkartın içərisində olan məsələni ört-basdır etmək lazımdı.
  • Bu günlərdə də hamı kodla danışır elə bil. Hörmətli ,vəkil bəy. Kim olduğunuzu və bunu niyə etdiyinizi ,üstəlik ,kamera görüntülərini niyə sildiyinizi bilmirəm . Açıq aydın danışın görüm nə deyirsiniz.
  • Hər şeyi əvvəldən danışmaqçün Orxanın ayılmağı lazımdır. Əgər ayılsa, mənə bu nömrədən zəng edin.
    Ayılanda da xəbər edərsiniz ki, Mavi qızılgülləri bağçaya əkmişəm.
  • Mavi qızılgülləri?

Screenshot_2022-05-05-19-15-09-211_com.whatsapp.jpg

Soyuq baxışlarıyla cavab vermədən uzaqlaşan vəkil kim olduğunu və nə üçün belə bir şey etdiyini deməməyi Nilin ağlında böyük sual işarəsi yaratmışdı. Yerində duruxmuş şəkildə fikrə getmiş halda dayandığı zaman bir əl onu silkələyərək beynin yaratdığı abu-havadan uzaqlaşdıraraq reallığa qaytardı.

  • Aa..a - diksinərək arxaya baxdı.
    İnci sən dəlisən? Bir səsini çıxart da .
  • Bəlkə, mənə burda nə olduğunu deyəsən .
  • İnan beynimin içində bir xaosun içərisinə düşmüşəm. Nələrin olduğunu anlamağa çalışıram.Yaxşı,bax ,həyəcanlanmaq,atak keçirtmək kimi hissləri beynində bloklayırsan sonra olanları sənə danışacam.

Nil, Orxandan sonra doğma bacı qədər əziz olan İncini Asan Xidmətdə könüllü olarkən tanımışdı. Könüllü olduqları vaxtda İnci 3-cü kurs tələbəsi , Nil isə artıq universitetin sonuncu kurs tələbəsi idi. İkisi də təsadüfən eyni universitetlərin fərqli fakültələrində təhsil alırdılar. İnci Nilə ailəsiylə bağlı çox danışmasa da, heç vaxt bunun səbəbini Nil təkid edərək soruşmazdı. Bu isə onun ailəsini sevməməsi və ya özünə qapanıq birinə bənzəməsindən xəbər verirdi. Son 1 il ərzində öz bacısının olması ilə bağlı kiçik də olsa,məlumat vermişdi. Hər nə olsa belə, İncinin soyuq baxışları altında yatan isti münasibətə Nil çoxdan bələd olmuşdu. Rəfiqəsini yaxşı tanıdığından dolayı onun nəyə qarşı həssas olmasını yaxşı bilirdi və buna görə də ilk iş sakit bir şəkildə vəziyyəti izah etmək olacaqdı.

  • Yaxşı. Nil xanım . Sakitəm, de.
  • Xəstəxanadan Orxanla birlikdə çıxandan sonra yolun yarısında ona zəng gəldi və gedəcək vacib bir yer olduğunu deyərək uzaqlaşdı. Üstündən hardasa 2-3 saat keçmişdi ki,mənə Xəstəxanadan zəng gəldi və Orxanın döyülərək xəsarət almasını,birdə ,huşu başındaykən mənə zəng etməsini tibb bacılarından
    İstəməsini dedilər. Xəstəxanaya gələndə gördüm ki, onu reanimasiya şöbəsindən palataya aparırlar.
    -O..Orxanı kim döyüb ki?- içindəki həyəcanı gizlətməyə çalışsa da, səsinin titrəməsini dayandıra bilmədi .
  • İnci, məni dəli eləmə. Dedim axı həyəcanlanma. Sözün düzü,bilmirəm kimlər edib ,niyə edib deyə. Bircə onu bilirəm ki, bir az əvvəl məni çağıran vəkil hər şeydən xəbəri var. Orxanı bura özü gətirib deyilənə görə.
  • Nə dedi ki sənə?

Vəkilin ona nə dediyini danışmaq istədiyi anda anasının zəngi fikirlərini dağıtmağa kifayət elədi.

-Hə ,ana, nolub ?

  • A bala ,Orxan ayıldı. Sənlə danışmaq istəyir .
  • Hə ,yaxşı. İnciylə gəlirəm ora .

Təngənəfəs halda Orxanın yanına qaçan qızlar tibb bacısına onu "ağır vəziyyətində danışdırmaq olar ,ya yox "kimi suallar yağdırmağa başlamışdılar.Tibb bacısı cavabında zərərçəkmişin ağır vəziyyətini nəzərə alaraq 30 dəqiqəlik danışığın mümkün olduğunu və içəriyə yalnız hər 10 dəqiqədən bir tək nəfərin girə biləcəyi ilə bağlı məlumat verdi. Həmin anda hadisə haqqında ətraflı məlumat almağa göndərilmiş polis onlardan əvvəl içəriyə daxil olacağını qızlara bildirdi.
Bu o deməkdir ki, içəriyə yalnız 3 nəfər girə bilər. Vəziyyətdən agah olan Sürəyya xanım geri çəkilərək içəriyə qızların və polisin girməsinin uyğun olduğunu bildirdi.
Orxan Nillə danışmaq istəməsinə baxmayaraq , polis onu çoxdan qabaqlamış və içəri girmişdi.
Nil isə vəkilin dedikləriylə bağlı düşündükcə içəri girən polisə Orxanın nə kimi cavab verəcəyi ilə bağlı istəmsizcə narahatçılığı yaranmışdı. İnciyə bu haqqda danışmaq fikri ağlından keçsə də ,ilk Orxanla məsələni həll etməyin məntiqli qərar olacağını düşündü.
10 dəqiqəlik vaxtı olan polisin 5 dəqiqə tez bir müddətdə çıxmasıyla hamı sual dolu gözlərlə baxmağa başladı.
İnci bir an özünü saxlaya bilməyib hadisə haqqında ətraflı məlumat almaq istədi.

  • Nəsə dedi ?
  • Vəziyyəti ağır olduğundan çox danışa bilmədi amma bir iki məlumat verməyə çalışdı. Dediyinə görə getdiyi kafenin həyətində bir qrup şəxsin başqa birinin döyülməsini görüb aranı sakitləşdirmək istəyərkən boynundan ağır zərbə alaraq huşunu itirib və qısamüddətlik ayılanda özünü xəstəxanada görüb .

Sürəyya xanım ah çəkərək sözünə davam etdi.

  • Vay, vay,can bala ,can. Kömək edəcəm deyə öz canından olan bala,can.Rəhmətlik anan sağ olaydı ,yanında duraydı ay bala .
  • Ay ana ,sakitləş,qurban olum. Eşidir axı Orxan hər şeyi .

Anasını sakitləşdirdiyi zaman onlara yaxınlaşan tibb bacısı içəriyə ikinci kimin daxil olacağını soruşdu.Nil İnciyə baxaraq ikinci özünün girəcəyi ilə bağlı işarə verdi.
İçəriyə doğru addım atarkən istənməyən narahatlıq və həyəcan hissi onu bürümüşdü. Xəstəxanada olduğu müddətdə beynində yaranmış min bir suala cavab tapmaq istəyən Nil, illərdi idmanla məşğul olmuş ,bir dəfə qaydasız döyüşdə birinclik əldə etmiş Orxanı əzilmiş halda görməsiylə qəribə hisslərə qapılmışdı. Səssiz və donmuş halda dostunu izləməyə davam edirdi. Sükutu ilk Orxan pozdu.

  • Nil,sənsən?
  • Yox,Əzraildi.- gərgin vəziyyətdə olmasına baxmayaraq duzlu zarafatlarından geri qalmırdı.
  • Hııh..Nil,bəsdi də. Onsuz ağrıdan gülə bilmirəm.
    -Yaxşı,yaxşı. İstirahət elə,çox danışma. Dur,bir saniyə. Sən necə belə indi rahat danışa bilirsən? Bayaq çıxan polis dedi ki, danışmağa halı yoxdu.
    Nə işlər çevirirsən ,Orxan?
  • Nil, indi bunun sırası deyil. Görmürsən ,ölürəm.
  • Elə ölürsən deyə Əzrailin olmağa gəlmişəm də. İmkan ver , suallarımı verim. Səhərdən gərginlikdən ölürəm,amma Orxan bəy rahat-rahat burda gülümsəyib danışır.
    Ha bu arada Mavi qızılgülləri baxçaya əkmişəm.- dostunun bir anlıq reaksiya verəcəyini öyrənmək istədiyindən vəkilin dediyi kimi təkrarladı.
  • Nə?Sən hardan bilirsən onu?
    -Maviqızılgülün sahibindən.
Sort:  

Great post, we've upvoted and shared it

 2 years ago 

Thank you a lot 🥺💜

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60309.45
ETH 2701.35
USDT 1.00
SBD 2.48