💜 Club5050 💜//THE DIARY GAME Better Life.|| Live up your name (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

AAAABS7dFFd_L61gvaP6nGlhMPYFQjBUBflNd0iox2x6_MZeTZPrHmymyPVXNcuvonaVfaD1kkAxbtohnZbrfnL1LKvBMua-6Iy7B5aV.jpg
Link

Hər kəsə salam. Uzun bir vaxtdan sonra nəyahət yazmağa qəşəng mövzular tapdım.
Sizlərə izlədiyim ən qəşəng kdramalar haqqında tam spoiler vermədən,məlumat vermək istəyirəm.

"Live up your name " adlı kdrama keçmiş zamandakı real faktlara əsaslanaraq çəkilmiş romantik- komediya seriallarından biridir. Baş obraz olan Heo Im keçmişdən gələcəyə səyahət edərək,cərrah Choi Yeon-kyung ilə görüşdüyü bu günkü Seula gəlir.

AAAABcUGRE4H9RQv0v-SIdH_VpOD9ejJ6-e8M-QANm3ovSU4CIYtr4d3zrDfgB72-NeHBo-ZMxnhr8tpfWW9pADFOcHhbqZb-1024x576.jpg
Link
Heo Im akupunktur - iynə ilə müalicənin əsasını qoymuş şərqdə tanınan ən məşhur həkimlərdən biri olub . Lakin o istedadıyla birdən -birə məşhur olmayıb. Keçmişdə əhalənini siniflərə ayıran krallıq Heoİm istedadını tam dəyərləndirməyərək, özünün kölə ailəsindən gəldiyi üçün aşağı sinif təbəqə üçün həkim olaraq işləməsini məqbul görmüşdülər. Bu serialda da Heo Im öz istedadını gələcəkdə düşdüyü Seuldakı həkimlərə göstərir. Və öz yaşadığı dönəmdə qazana bilmədiyi şöhrəti düşdüyü zamanda qazanmaq istəyirdi.
Baş obrazı gələcəkdə qalmasını saxlayan məqam tam olaraq şöhrətdən savayı, cərrah Choi Yeon-kyungiyə olan sevgisi idi.
Keçmişdə kralı müalicə etməyə gedərkən , müalicə edən zaman əli əsən Heo İmi göl kənarında öldürülərək ani olaraq gələcək zamana düşərkən ilk dəfə Yeon ilə bir xəstəni akupunktur ilə müalicə edərkən tanış olmuşdular . Təbii ki, Yeon Heo İmin akupunktur etməsinə icazə vermədi. Buna səbəb keçmişdə öz anasını ağır xəstəlikdən itirdiyi dönəmdə ,akupunktur həkimi olan babasının anasını həkimə aparmayıb , iynə ilə müalicəsindən sonra vəfat etməsi , onda travma halını almışdı .
Hadisələr öz axarında gedərkən , bu dəfə də ölümlə üzləşən Heo Im yenidən keçmişə qayıtsa da, bu səfər tək yox, özü ilə bərabər sevdiyi xanımla bir yerdə olur. Təbii ki bu da limitli gedib-gəlişdir. Sonda hansı zamanda qalacağına özü qərar verir.

Live-Up-To-Your-Name-Season-2-Cast-1024x525.webp
Link
Serialdan real həyatla bağlı bir neçə məsləhət almış oldum. Onlardan mənə görə ən yaxşısı, həyatda nə qədər irəliləməyə çalışsan da, irəliləməyə başlamamışdan əvvəl planladığın saf niyyətini qətiyyən unutmamalısan. Unutduğun təqdirdə , qazandığın şan -şöhrət sənin cəhənnəminə çevrilir.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59367.33
ETH 3172.01
USDT 1.00
SBD 2.43