✨Club5050✨//THE DIARY GAME Better Life.||Həyat baha başa gəlir. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Artıq metroda ,avtobusda , yolda bir yerlərdə birlikdə söhbət edən insanların hər şeydən şikayətləndiklərini görürəm. Bu vəziyyətin tək bizim ölkədə olduğunu fikirləşirdim amma belə deyil . Hər ölkənin özünə görə müxtəlif sosial -iqtisadi cəhətdən problemləri ola bilər .
Bizim ölkədən danışası olsam , ilk öncə deyə bilərəm ki, bizdə həll yolu olduqca məhdud səviyyədədir deyə düşünürəm. Made in Azerbaijan istehsalı qida , geyim , kosmetik məhsullar görsək hər birimizə çox xoş olar. Təbii ki,bu məhsullar insanın cibinə görədirsə.

IMG-20220904-WA0108.jpg

Təəssüflər olsun ki, başqa ölkələrdən gələn məhsullar bizim ölkədə qat -qat baha qiymətə satılır deyə insanlar arasında daha çox narazılığa səbəb olur. Hal -hazırda sakit susan millətin bir müddət sonra bunlara tab gətirə bilməyəcəyi məlum məsələdir. Bu da daxildən bizi yeyib -bitirəcək əsas ünsürlərdən biri olacaq. Koreya kimi ölkədə bütün məhsullar insanların maaşlarına uyğun şəkildə qiymətlər tərtib olunur, üstəlik, ölkə olaraq bir çox məhsulları istehsal edirlər deyə daha münasib qiymətə başa gəlir. Amerika kimi ölkədə təhsil haqqları tələbələrin ödə biləcəyi şəkildə hazırlanmışdır. Hətta yeni bir qərara əsasən maaşı 125 mindən aşağı olan şəxsin təhsil haqqlarından 10 min dollar silinicək.

IMG-20220904-WA0109.jpg

Bu məlumatları oxuyan ölkə şikayətlənməsin də ,nə etsin . Düzdü ,ölkəmizdə də təhsillə bağlı güzəştli qərarlar var. Güzəştlər də ancaq ailəsini itirmiş və ya əlil olan , məcburi köçkünlərə aid olur. Bəs qalanları necə ? Axı onların da ödəyə bilmədikləri təhsil haqqlarına aldığı maaşa baxaraq güzəşt olunmalıdı.

IMG-20220904-WA0110.jpg

Neft ölkəsi olaraq , işsizliyin sayının çox olduğu , üstəlik , tələbələrə qarşı laqeyid yanaşmalar artıq sıxıcı və yaşanmaz hal alıb gedir. Yaşamaq belə baha başa gəlir artıq . Hara qədər davam edəcəyini bilmirəm amma ölkədən çıxış planları qurmağın gəlib, hətta keçir belə .
Ümid edirəm, bir gün burdan çıxıb insan kimi yaşaya biləcəyim bir sistem görərəm .

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59238.58
ETH 3176.28
USDT 1.00
SBD 2.45