💜Club5050💜Koreyalı müəllimə suprizli təbrik //THE DIARY GAME Better Life.|| (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Hər vaxtınız xeyirli olsun, əziz və gözəl steemitçilər. Ümid edirəm ki, gününüz xoş və yadda qalan xatirələrlə keçib .
Mənim günümü soruşmusunuz kimi qəbul edərək deyirəm, bütün günüm dil + istirahət + dərs etməklə və bir də hansı mövzuda necə bir post yazacağımı düşünməklə keçir . Bir təhər də olsa, idarə edirəm hər şeyi.
Bildiyiniz kimi , oktyabr ayının 5-i Beynəlxalq Müəllimlər günü kimi qeyd olunur. Məhz , bu möhtəşəm səbəbdən dolayı, biz də qrup olaraq birlikdə nəsə edək dedik.
Aldıq əlimizə tortu, yolladındıq müəllimimizin yanına. Guya heç nədən xəbərimiz yoxmuş kimi davranmağa başladıq. Daha sonra ani şəkildə supriz tortumuzu koreyalı müəllimimizə verəndə çox təəccübləndi . Demək olardı ki, həyatında ilk dəfə belə anı yaşıyırmış kimi reaksiya verdi. Bizə "Mən müəlliməm? Məncə deyiləm" kimi zarafatyana dediyi cümlələrdən sonra xatirə şəkli çəkdirdik.
Bir ayda bizim sevimli müəllimimizə çevrilən insanla bir yerdə olmaq həqiqətən də çox xoş hisslər oyadır .
IMG-20221006-WA0004.jpg

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59190.13
ETH 3187.58
USDT 1.00
SBD 2.45