❤️Club5050❤️Koreya ənənəvi toy məclisi (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Hər kəsə salam. Ümidvaram ki, heç kim xəstələnməyib. Üstünüzə sağlıq, bu ay başlayandan yaman soyuqlamışam. Ani gələn boğaz ağrısı və boğazımdan qaynaqlanan qızdırma və öskürəklə bir təhər ayaq üstündə dura bilirəm. Yanlış anlamayın, covid deyiləm . Hər mövsüm açılışını allergiya qarışıq qriplə qarşılayıram . Tam da universitetin açıldığı hər il ayıq olmayan halımla uni'nin pilləkənlərin güclə qalxıram .
Bu qalsın bir qırağa , bilmirəm sizinlə sevindim bölüşmüşdüm ya yox , o qədər Koreyaya olan həvəsim axırda məni Bakıda yerləşən Secong institutuna kimi apardı. Bu institutda oxumaq ödənişsizdir lakin qeydiyyatdan keçməzdən əvvəl test imtahanından keçməliyik . Başlanğıc səviyyə üçün test imtahanından 50 faiz sözləri başa düşməm məni qismən sevindirdi amma içimdə narahat idim keçməməklə bağlı. Beynimin möhtəşəm yalan dolu fikirləri oyana -buyana sentyabrın 2-sinə kimi hərəkət elədi. Həmən gün sanki iki universitet + təqaüd qazanmış kimi özümü hiss etdim . Bir çox insan arasından seçilmək çox gözəl bir hissdir həqiqətən . Müəllimlərimiz koreyalı olduğu üçün sevincim ikiqat artmışdı. İki günə yaxın müddətdə nə özümə gələ bilirdim ,nə də səbəbsiz yerə olmasa da gülüşümü gizlədə bilirdim.
Artıq qeydiyyat prosesi onlayn şəkildə tamamlandıqdan sonra Instagram-da koreyanın ənənəvi toy mərasimylə bağlı post paylaşıldı. Koreyada toy adət-ənənələri haqqında ətraflı,üstəlik ,göstərişli olan mərasimi qaçıra bilməzdim. Üz tutdum Koreya mədəniyyət mərkəzinə. O mərkəzə gedənə qədər ömrümdən -ömür getdi amma olsun.

IMG_20220911_235053.jpg

İçəriyə girdiyimizdə hər kəs ayaqqabısını çıxarıb qeydiyyat aparan xanıma yaxınlaşdığını gördüm. Bu arada Mərkəz iki mərtəbəli evdən ibarətdir. Mərasim ikinci otaqda keçirilirdi. Qaydalara əməl edib içəriyə daxil oldum. Bir az tez gəldiyimdən dolayı içəridə hələ də mərasim üçün koreyalı müəllimlər və bəy -gəlin obrazını canlandıran adamları gördüm. Həqiqətən də bir ayrı havası vardı oranın.

IMG_20220911_235115.jpg

Mərasim başladığı ana qədər öyrəndiyim bir çox oxşar və fərqli məqamlar var .
Oxşar məqamlardan biri , onların da toy mərasimində bəy və gəlinə ağsaqqallar xeyir dua verir .
Gülməli səslənəcək bilirəm amma onlar da da bəy -gəlin öz bakallarını bir-birinə uzadaraq içirlər.

IMG-20220911-WA0033.jpg

Fərqli cəhətlərdən biri , onlar da bolluq bərəkət rəmzi fındıq və innab olduğundan, bəy və gəlinin tutduğu dəsmala böyüklər fındıq -innab atırlar.
Bəy xanımın qarşısında iki dəfə , xanım bəyin qarşısında bir dəfə təəzim edir.
Qısacası, çox maraqlı və əyləncəli anlara rastlaşdım. Gələn maraqlı tədbirlər haqqında qəşəng postlar paylaşacam.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59715.05
ETH 3186.24
USDT 1.00
SBD 2.42