🌼club5050🌼//THE DIARY GAME Better Life.||Hər kəs yox deyəndə (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

-Şəhriyar Məmmədov . 48 yaşında , ailəsini yol qəzasında itirmiş dul ,məşhur holdinq sahibkarı olan Əziz Əzizoğlunun özəl sürücüsü . Sən kimsən axı ? Kim? Mən bu adamı niyə keçmişimdə axtarmağa çalışıram ?

f85adb0da0d85f65d50cec1b556aa8bb.jpg
Link


Bəzən uşaqlıqdan indiki ana qədər yaşadığımız hər xatirəni unutduğumuzu düşünürük . Lakin bu heç də ağlabatan yanaşma tərzi deyil. Səhrada bir damla suyla həyatda qalma ehtimalı olan gül qədər ,Adsız da ağlına gələ biləcək və ya yaşanılacaq hər hansı bir xatirədən sonra şüuraltında ilişib qalan xatirəni üzə çıxara bilər.
Yol boyunca yarı fikirli halıyla Şəhriyarın gedəcəyi ünvana çatmışdı. Bir neçə hektar məsafəni əhatə edən ,ətrafı dəmir barmaqlı hasarlarla bağlı bağçanın hər tərəfi mavi və çəhrayı çiçəklərlə dolu idi. Nədənsə , gözünə sataşan mavi çiçəklər ona nəyisə ifadə edirdi amma bu düşüncənin və qəribə hissin necə yarandığı ilə bağlı heç bir fikri yox idi.
Maşını onların görə bilməyəcəyi yerdə saxlayaraq , Şəhriyarı uzaqdan izləməyə davam etdi. Şəhriyardan əlavə gözünə sataşan başqa bir insan vardı. Belə ki, bağçaya doğru yaxınlaşan 50-60 yaşlı , yaşına nisbətdə gur və dalğalı saçları olan kişi mavi və çəhrayı rəngdə olan gülləri saymağa başladı. Gülləri saymağına bir məna verməyərək, Şəhriyarın qızın qapısını açaraq ,onun qulağına nəsə deməsini gördü . Bir dəqiqə davam edən gərgin dialoqdan sonra qız qaçaraq bağçada gülləri sayan kişini qucaqladı.
Adsızın düşüncəsinə görə qızın qaçaraq qucaqladığı adam atası ola bilər . Şəhriyar bir neçə dəqiqə onun içəri keçməsini gözlədi. Qız içəri keçən kimi maşının baqajına yaxınlaşaraq , içərisindən qara torbada dibçəyə bənzər əşya çıxartdı.
O, qara torbanı bağçada olan adama göstərərək , torpağa əkmək üçün yerə qoyub , torbasını çıxardı. Torbanın içərisindən çıxan gül də mavi idi. Səslərini eşitməsə də, aralarında keçən gülüş dolu məmnuniyyət baxışı çox şeyi ifadə edirdi.
Bir anlıq telefonuna gələn zənglə diqqəti yayındı. Zəng edən Yunis idi.

  • Eşidirəm ,Yunis.

  • Sən niyə xısın-xısın danışırsan?

  • Gələndə başa salaram. Nə olub?

  • Şəhriyarla bağlı başqa video da tapmışam.

-Hardan ? Necə ?

  • Daha geniş araşdırmaq istədim . Birdə gördüm vaxtilə bir xəbər saytı onunla bağlı video paylaşıb.Əvvəllər onkoloji xəstəxanada həkim köməkçisi kimi işləyib. Xəstəxanada dostluq etdiyi oğlanı qısqanclıq zəminində ölümcül şəkildə bıçaqlayıb. İş orasındadır ki, adam ağır xəsarətlər alsa belə sağ qalıb. Nədənsə mənə qısqanclıq zəminində xəsarət yetirmişə oxşamır deyə düşünürəm.

  • Başqa nəsə görmüsən?

  • Ağır yaraladığı şəxs barəsində də araşdırma elədim. Ən azından ondan Şəhriyarın nə etdiyini, kim olduğunu öyrənərik. Birdə baxıram ki, adam özünü Şəhriyarın həbsxanadan çıxdığı gündən bir həftə sonra intihar edib. Başqa bir şey də var .

  • Nə?

  • Təsadüfən, Orxanın anasının da o xəstəxanada həkim köməkçisi kimi işlədiyini gördüm. Videoda xəsarət almış iş yoldaşını xilas etməyə çalışarkən çəkilib.Qəribəsi odur ki, bu xanım da Şəhriyar xəstəxanadan çıxarkən işdən çıxıb.

-Yunis,mən təcili söndürməliyəm. Sən emalatxanadan çıx və həmişə getdiyimiz kafedə məni gözlə.

-Dəlisən? Orxan birdən hər şeyi öyrənməkçün kompüterimə mən olmayanda baxsa nə edəcəm?

  • Hər şeyi bir fləşkarta yığ və sil .

Təxmini 1 saat ərzində təyin etdikləri yerdə görüşən Yunis və Adsız məsələnin əslini araşdırmaq üçün birlikdə müzakirə edərkən, kafenin yaxınlığından keçən az yaşlı oğlanın anasının nəzarətindən çıxaraq yola qaçdığını gördü. Ani olaraq maşının qabağına çıxan uşaq , saniyələr içərisində üzü qan içərisində yerdə hərəkətsiz uzanmışdı. Adsız donmuş halda baş vermiş bədbəxt hadisəni izləyərkən ,anlıq olaraq gözləri qaralaraq yerə yıxıldı.
Ayıldığında ,sanki, balaca uşağın gecələr təsəvvür etdiyi qorxunc bədheybəti görmüşcəsinə qışqıraraq bir təhər sözləri deməyə çalışırdı.

  • Odu. O idi .

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59715.05
ETH 3186.24
USDT 1.00
SBD 2.42