The Diary Game -Better Life Season 3 - 19.09.2021 Joom aplikasiyasının istifadə qaydası

Salam dəyərli SteemitAzerbaijan səhifəsi və izləyiciləri. Bu gün sizlərlə Joom aplikasiyası haqqında bildiklərimi bölüşmək istəyirəm . Mən təxmini artıq iki ildir ki, bu aplikasiyanı istifadə edirəm və çox məmnunam. Mən burdan daha çox telefon aksesuarları , ev üçün xırda suvenirlər və əşyalar alıram. Bu gün bir neçəsini sizlərlə bölüşəcəm.

Hazırda gördüyünüz bu telefon
kabroları mən normal bir mağazadan almağa qalxsam 200-300 Ukrayna qrivnası verməyə məcburam. Ama mən bu telefon kabrolarının toplamına 360 qrivna pul ödədim və həqiqətən burdan aldığım kabrolardan heç seçilmir .

IMG-20210917-WA0131.jpg

IMG-20210917-WA0130.jpg

IMG-20210917-WA0129.jpg

IMG-20210917-WA0128.jpg

IMG-20210917-WA0127.jpg

IMG-20210917-WA0126.jpg

Ama sizin bunun üçün diqqət etməniz lazım olan tək şey rəylərdi. Alıcıların şəkil ilə birlikdə paylaşdığı rəylər. Əgər rəylərdəki insanlar aldığı əşyalardan məmnun olduğunu bildirirsə demək ki almağa dəyər.

Mən birdə aldığım digər bir şeyi paylaşmaq istərdim sizlərlə.

IMG-20210917-WA0132.jpg

Bu gördüyünüz işıq pərdəsi çox böyük bir zövqlə istifadə edirəm. Aldığım 7-8ay olar və heç bir korlanma və problem yaşamamışam.

Keçək sifariş qisminə. Deməli sifariş üçün sizə lazım olan şeylər: Aplikasiyanı telefonunuza yükləmək və orda səhifə açmaq. Ardından bank kartı xarici ölkədən sifariş etmə icazəsi olan hər hansı bir kart mümkündü. Ev adresi , ölkə, şəhər , qaldığınız qəsəbə , rayon və oranın poçt adresi. Siz sadəcə sifarişiniz üçün pul ödəyirsiz. Ödəmə isə əvəlcədən alınır. Sifarişlər təxmini 3 ya da 4həftəyə gəlir. Yox əgər sizin sifarişiniz 70 gün içində gəlmirsə siz sizə təslim aldığınız haqqında gələn suala təslim almadığınızı bildirirsiz onlar pulunu geri göndərir.

Bu qədər əziz izləyicilər. Ümidvaram sizlər üçün yararlı informasiya olmuş olar. 🥰Gününüz uğurlu keçsin

Sort:  
 3 years ago 

Çox gözəl paylaşımdır. Bir şeyə də diqqət etmək lazımdır. Kommentlər saxta da ola bilər. Ətrafımda 1 neçə nəfərin başına gəlib belə bir hadisə. Amma onlar başqa bir onlayn ticarət saytından sifariş etmişdilər. 2 məhsuldan 1 gəldi digəri yox..Xırdavat(2-3$) olduğu üçün şikayət etmədi.

Məndə açıqlamada bunu bəyan etdim . Haqlısız mən rəyləri oxuduğum üçün problem yaşamıram ☺️

 3 years ago 

Tşəkkürlər Nərgiz xanım. Bu mənim üçün çox vacib bir informasiya oldu.

Buna çox sevindim ☺️

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60023.73
ETH 3191.15
USDT 1.00
SBD 2.45