Zəfər günü

in Steemit Azerbaijan☪✔3 years ago

Salam Steemit Azerbaijan. Yəqin ki, artıq hər kəsə məlumdur post nə haqqındadır.)
Bəli, bu gün o qürur dolu, şanlı qələbənin üzərindən tam 1 il ötür. Həm xoşbəxtlik, həm göz yaşı dolu, bir yandan bizi qəhərə boğan, bir yandan sevinc hisləri ilə dolub-daşdığımız həmin o 44 günün nəticəsi.....
Bu 44 gün bütün dünyaya dərs olsa da, bəlkə də, ən böyük mahiyyətini Azərbaycan xalqı anladı. Əgər illərin vətən həsrətini sona yetirən şanlı qələbəni qeyd ediriksə, bunu vətən yolunda canını qoyan şəhidlərimizə, qanları bahasına vuruşan qazilərimizə, hərbi qulluqçularımıza borcluyuq.

IMG-20211108-WA0017.jpg
Günün önəmli hissələrindən biri hərbi yürüş idi. Mən də bunun canlı şahidlərindən biri oldum. Yürüşdə Azərbaycan bayrağı, bir-birindən gözalıcı Qarabağ atları nümayiş etdirildi. Həqiqən çox qürur dolu anlar idi. Əlavə olaraq fleşmob baş verdi. Düşmənə gözdağı verən "Dəmir yumruq və Zəfər günü". Mən də orada "bir könüllü" təmsilçisi olaraq dəmir yumruğun bir parçası oldum. Və möhtəşəm bir görüntü ərsəyə gəldi. Fleşmobda 3000-ə yaxın Azərbaycan könüllüsü iştirak etdi. Bir növ bu günün "qara paltarlıları"idik.Və təşkilatçılığı üçün Regional İnkişaf İctimai Birliyinə və könüllülərinə xüsusi təşəkkürlər.Belə bir təcrübə yaşamaq mənim üçün əvəzsiz bir hiss idi.
Polish_20211108_144456302.jpg

SNOW_20211108_142715_539.jpg
Son olaraq demək istəyirəm ki, Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Qazilərimizə və vətənin keşiyini çəkən igidlərimizə də can sağlığı versin. Oxuduğunuz üçün təşəkkürlər. Gələn postlarda görüşənədək!)

Sort:  

Mükəmməldi, Nərgiz👌🏻☺️

 3 years ago 

Çox sağol, Aybəniz🥰🙏

 3 years ago 

🇦🇿❤️

 3 years ago 

❤✌🏼

Qələminə sağlıq..
Allah şəhidlərimizin rəhmət etsin.

 3 years ago 

Çox sağoll🥰Amin, İnşəAllah❤🤲

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60078.84
ETH 3197.52
USDT 1.00
SBD 2.45