Çoxluq içində boşluq :)

in Steemit Azerbaijan☪✔3 years ago

Bəzən insanın tək qalmağa ehtiyacı olur.Belə deyəndə düşünürük ki, o qədər dostu, tanışı var ki, artıq sıxılıb, tək qalmaq istəyir. Xeyr... Əslində insan o izdihamın içində yalnız hiss etməkdən sıxılır. Bunu ruhən yalnızlıq da adlandıra bilərik. Hər nə qədər çevrəndə biriləri olsa da, içindəki mənəvi boşluq dolmur. Sanki həyatında bir şeylər əksikdir. O əksikliyin isə nə olduğunu tapmaq o qədər çətindir ki...Və beləcə günlər ötüb, keçir. Ağlında daima bu sual qalır. " Həyatımdakı bu boşluğu nə doldura bilər?"
20211022_182641.jpg
Yalnızlığa alışdıqdan sonra isə insanlara yaxın olmaqdan qorxursan. Kiminsə sənə sərhədlərini keçib, yaxın olduğunu gördükdə həmin an uzaqlaşmağa, yenidən o divarları hörməyə başlayırsan. Və bu döngü beləcə davam edir, yalnız hiss edirsən, yaxın olduqda isə uzaqlaşırsan. Buna səbəb nədir? Güvən problemi, qorxu yoxsa təkliyi sevmək?
Polish_20211024_183458546.jpg
Mən belə hiss etdikdə, tək başına gəzintiyə çıxıram, ancaq ətrafı çəkirəm, ya da yolu. Öz şəkillərim də elə ona görə azdır😅 Ətrafdaki obyektləri çəkməyi daha çox sevirəm, amma yanımda biri olduqda,yenə o ifadələr başlayır. "Nə gördün, çəkirsən" "Bekarsan?" " Orada çəkməli nə var?". Bu fikirləri eşitməmək üçün elə tək gəzirəm. Yəni ola bilməz ki, mən orada sizin görmədiyiniz nəyisə görüm? Başqalarına mənasız gələn bir görüntünü belə ,məncə, düzgün işıqlandırma ilə fərqli şəkildə çəkmək olar. Əsas bizim ona necə baxmağımız, orada nə gördüyümüzdür məsələ. Hətta kaş, fotoaparatım ola idi, daha çox şəkil çəkə idim...)
Polish_20211024_183222991.jpg

20211023_160556.jpg

20211023_160623.jpg
Özünüzü yalnız hiss edirsiniz? Çıxın çölə, hava alın, musiqiyə qulaq asın, özünüzə zaman ayırın, həyat bunu dərd etməyə yetməyəcək qədər qısadır.. Bu zamanı bacardığınız qədər öz istədiyiniz və gözəl şəkildə keçirin. Beləcə o mənəvi boşluq qismən də olsa dolacaq, artıq kimsəyə ehtiyac duymadan...)

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.029
BTC 62017.93
ETH 2409.75
USDT 1.00
SBD 2.65