Bakı Musiqi Akademiyası-100 illik yubiley
Salam hərkəsə. Necəsiniz? Düzü,mən çox yorğunam. Səhər tarix midterm var idi, ürəyimcə keçdi çox şükür. İnşəAllah, gözəl qoymət alaram. Dərsdən sonra isə tədbirə qatıldım.
Bu gün Üzeyr Hacıbəyov adına "Bakı Musiqi Akademiyası"nın 100 illik yubileyi idi. Tədbir "Azərbaycan Dövlət Akademik Flarmoniyasında" baş tutdu. Tədbirdə bir-birindən önəmli qonaqlar yer alırdı. Biz isə "Bir könüllü"olaraq öz dəstəyimizi göstərdik. Hər birimizə ayrı bir öhdəlik verilmişdi. Mən isə vip girişdə gələn qonaqları qarşılamaqla təlimatlandırılmışdım. Burada siyahıda bütün qonaqların adı verilmişdi və onları qarşılayıb, içəri yönləndirirdim.
İşim bitdikdən sonra isə tədbir başladıqda mən də izləyicilərə qoşuldum. Bir-birindən istedadlı musiqiçilərimizin, xalq artistlərimizin çıxışları tədqirə layiq idi. Hələ drijorların orkestrı məharətlə idarə etməsini demirəm. Və sonda xorun solistlə ahəngli çıxışı. Bir sözlə, hər şey möhtəşəm idi. Yorucu bir gün olsa da, mənim üçün gözəl bir təcrübə idi. Və həmçinin özümdə həqiqətən məsuliyyət hiss etdim. Oxuduğunuz üçün təşəkkürlər. Önümüzdəki post daha fərqli olacaq.) Görüşənədək!)
Əlasan Nərgiz
Çox sağol, Sevil. Sən də🌹
Əla . uğurlarınız bol olsun.
Çox sağolun, sizin də🌹
Bu gün mən də oradaydım qonaq qismində, çox möhtəşəm idi hər şey. Sizə də özfəaliyyətinizdə uğurlar diləyirəm.
Nə gözəl təsadüf!🌹Çox sağolun, sizə də həmçinin.
Uğurların ardınca Nərgiz. Növbəti paylaşımı səbirsizliklə gözləyirik. 👍🙂
Çox sağol, Urfan. 🌹İnşəAllah.
Nə gözəl gün keçib. Belə tədbirlər, əlbəttə, faydalıdır. Gündəlik eyniliklərdən insanı çəkib çıxarır.
Bəli, sosial aktivlik həyatımıza çox rəng qatır.