Kaprekar ədədlərin davamı

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

6174, 1949-cu ildə hind riyaziyyatçısı
D.R . Kaprekar tərəfindən icad edildiyi üçün Kaprekar sabiti kimi tanınır.
Hətta riyaziyyatçılar bu günə qədər bu sehrli ədədi necə izah edəcəklərini bilmirlər. Maraqlıdır ədədin unikallığı nədir? Bu ədəd aşağıdakı qayda ilə tanınır:
image.jpeg
Link to Photo

  • İstənilən dörd rəqəmli ədədi götürün (ən azı iki rəqəm fərqli olmalıdır)

  • İki yeni dörd rəqəmli ədəd əldə etmək üçün rəqəmləri azalan və artan qaydada düzün

  • İndi böyük ədəddən kiçik ədədi çıxın
    Məsələn, 8965 ədədini götürək
    9865-5689=4176
    7641-1467=6174

Bunu özünüz sınaya bilərsiniz. İstənilən dörd rəqəmli ədədi götürün və yuxarıda qeyd olunan üsula əməl edin və sonunda siz həmişə 6174 dədi ilə qaldığınızı görəcəksiniz.

Bu proses Kaprekarın rutini adlanır. Rutin ən çox 7 təkrarlamada həmişə 6174 ədədinə çatacağınızı və 6174-ə çatdıqdan sonra proses eyni nömrəni yaratmağa davam edəcəyini bildirir.

image.gif
Link to Photo

Bənzər nəticəni üçrəqəmli ədədlərlə əldə edə bilərik.
Məsələn, üçrəqəmli 795 ədədinə nəzər salaq.
975-579=396
963-369=594
954-459=495
Gördüyünüz kimi, bu dəfə biz 495 ədədində dövrə vururuq.
Maraqlısınızsa sizə deyim. 5-rəqəmli üçün çoxlu sabitlər var. 6 rəqəm üçün dövr 549945 ədədindən başlayır. Həmçinin, ikirəqəmli ədədlərlə təcrübə aparsanız, heç bir döngənin olmadığını görə bilərsiniz.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58695.71
ETH 2633.30
USDT 1.00
SBD 2.49