Asan Riyaziyyat texnikaları

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam Steemit Azerbaijan.
Asan Riyaziyyat texnikalarına nəzər salaq.
Eyni onluq rəqəminə malik və təkliklər mərtəbəsindəki rəqəmlərin cəmi 10 olan iki rəqəmli ədədləri zehni olaraq vurmaq çox asandır.
İlk tətbiq kimi “51 x 59” əməliyyatını götürək. Bu misalda hər iki ədədin onluq rəqəmi eynidir, yəni “50” və hər iki ədədin təklik rəqəmlərinin cəmi “1 + 9 = 10”dur. Bu misal əvvəldə dediyim qaydaya uyğundur ki, onluq rəqəmi eyni, təklik rəqəmlərinin cəmi isə “10” olmalıdır.
Görülən tədbir belədir: Onluqlar yerindəki rəqəmi bir vahi böyük rəqəmə vurun. Burada onluq mərtəbəsindəki rəqəm olan “5”i “6”-ya vuracağıq. “5 x 6 = 30”. Nəticənin ilk iki rəqəmi kimi “30” yazın. İndi isə yazdığınız “30” ədədinin sağına təkliklər mərtəbəsindəki rəqəmlərin hasili olan “1 x 9 = 9” əlavə edin, onun soluna iki rəqəmli olması üçün bir sıfır qoyun (əgər nəticə iki rəqəmli idisə, tam olaraq yazılacaqdı). Nəticə "3009" olacaq. Nəticəni kalkulyatorla yoxlaya bilərsiniz.

521CE1FD-BD28-44A4-9170-890D9DF83F9D.jpeg

İndi başqa bir misal kimi “23 x 27” əməliyyatını nəzərdən keçirək. Bu asan riyazi əməliyyat nümunəsində hər iki ədədin onluq rəqəmi eynidir, yəni “20” və hər iki ədədin təklik rəqəmlərinin cəmi “3 + 7 = 10”dur.

2B8EAEC2-DBED-40B4-9476-5FE4B16EE412.jpeg

Həlli: Onluqlar yerindəki rəqəmi bir vahid böyük ədədə vurun. Burada onluq rəqəmindəki ədəd olan “2”ni “3”-ə vuracağıq. Bu "2 x 3 = 6"dır. Nəticənin ilk rəqəmi kimi “6” yazın. Yazdığınız “6”nın sağına təkliklər mərtəbəsindəki rəqəmlərin hasilini təşkil edən “3 x 7 = 21” əlavə edin. Nəticə "621" olacaq.

Sort:  
 3 years ago 

Bu bir dəryadı ki. Belə məlumatlar çox maraqlıdı. 👍

 3 years ago 

Her şey sizin için 🤓

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58940.53
ETH 2638.80
USDT 1.00
SBD 2.49