1️⃣9️⃣
Salamlar.
Bu gün ki, paylaşımı Ceylan xanımın istəyi üzrə araşdırıb edirəm. Və 19 ədədinin onun uğurlu ədədi olması çox gözəl imiş.
19 ədədi Quranın 74-cü surəsində qeyd olunsa da, Quranın enişindən sonra düz 1406 (19x74) qəməri ili ərzində Quranın riyazi quruluşunun kodu kimi gizli qalmışdır. 1974-cü ildə biokimya doktoru Rəşad Xəlifə tərəfindən kompüter analizi nəticəsində aşkar edilmişdir. “Gizli sirr” adlanan 74-cü surədə 19 kodunun qeyd edildiyini nəzərə alsaq, maraqlıdır ki, kəşf vaxtı bu iki rəqəmin yan-yana qoyulması və ya bir-birinin vurulması ilə əldə edilən illərə təsadüf edir. Bunun kimi daha bir çox maraqlı əlamətlər bu mühüm hadisənin tam olaraq Allahın izni ilə dövrümüzdə ortaya çıxdığını göstərir.
Link to Photo
19 kodlu riyazi sistemin bəzi nümunələri.
Quran 114 (19x6) surədən ibarətdir.
Quranda 6346(19x334) ayə var və bu ədədin rəqəmlərinin cəmi 6+3+4+6= 19-dur.
İlk nazil olan 96-cı surə sonuncudan 19-cu surədir.
Link to Photo
“Allah” sözünün təkrarsız keçdiyi bütün ayələrin nömrələrini əlavə etsəniz, cəmi 118123 (19x6217) olar.
Son sözü “Allah” olan yeganə surə 82-ci surədir, “Allah” kəlməsi isə 19-cu ayədədir. Bu da axırdan gələn 19-cu “Allah” kəlməsidir. Bu surə 19 ayədən ibarət ilk surədir.
Maraqlı məlumatdı. Bəs görəsən bütün ədədlərin belə sirli tərəfləri var? Və bular həqiqətən sirrdimi yoxsa təsadüf? 🤔
Ededlerı araşdırıram. Təsadüflərə inanmıram. Allah izin verdiyi üçün hər şey gerçək olur
Heç təsadüflərə mən də inanmıram. Hərşeyin bir hikməti vardı mütləq.
Evetlerr☺️
Oy, əzizim, araşdırman sürpriz oldu)
Çox təşəkkür edirəm. Düzü, bu haqda xeyli məlumat oxumuşam, amma son cümlədəki məlumatı yeni öyrəndim. Bunda da bir hikmət var yəqin. Bir daha təşəkkürlər, var olasan!
Xoşdur sizde daima var olun siz istersiz ben etmezmiyimm☺️
Çox maraqlı və hətta super. Həyatda Səbəbsiz Heçnə yoxdur...☝🏻
Çox təşəkkür edirəm😊