🐏🐄🐄Club5050 // Kəndin bir günü. Mal nobadı. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salamlar, Steemit əhli-qubur. Bir kəndlinin sıradan bir günlük kənd həyatını anlat desələr mən heç çəkinmədən "mal nobadı" hekayəsini anladardım. Yəni kənd bildiyimiz yaşıllıq, təmiz hava, organik məhsullar, cırcırama səsi, çaqqal ulaşması, it boğuşması, çökə balı, keçi pendiri, kənd yumurtasından ibarət deyil. Bu sadaladıqlarım şəhərin və şəhərlilərin gözündən görünən kənddir. Bir də kəndin arxa planda nələr döndüyü acı gerçəkliyi var axı. Yuxarıda olanların necə ərsəyə gəlməyi var. "Mal nobadı" əslində mal növbəsi anlamına gəlir, zamanla bu cür şəkil alıb. Kim ki mal-qara saxlayır, hər gün bir nəfər o heyvanları aparıb meşədə otarır, gətirir və həmin gün kəndin mal-qarasının birinin burnu qanasa o kişi cavabdehdir.

WhatsApp Image 2022-05-19 at 19.09.12.jpeg

İndi keçək əsas mətləbə. Bu görünən şeylərin ərsəyə gəlməsində əsas məsələ kəndin işinin planlı qurulması, səhər o başdan oyanıb həyatı nizama salmaqdır. Yenə vurğulayım ki, kənddə heç də gül bülbülü, bülbül də gülü çağırmır, o mənzərə yaranana qədər adamın anadan əmdiyi süd burnundan gəlir. "Mal nobadı"nda südə, qatığa və bütünlükdə ağartı məhsullarına sonsuz nifrət baş qaldırır. "Bir dana naxırı kor qoyur" məsəli ilk dəfə bizim kənddə "mal nobadı"nda istifadə olunub və folklora çevrilib. Leksikonda olan bütün biədəb söyüşlərdən istifadə oluna bilər, bir dana qaçıb naxırı tərk etmək istəyirsə o dananın dırnağına kimi söymək olar, hələ yiyəsi qalsın bir kənara. Adi haldır. İndi biri bəlkə də düşünür ki, "heyif deyil kənd həyatı, sakit, təmizlik, səs-küysüz həyat, gedib orda yaşayasan zad", nah yaşıyarsan. Vacib əminin danası səni arxasınca bütün Qarabulağı qaçırdanda deyəcəm sənə, "al bu da sənə kənd həyatı, təmiz süd, təmiz nehrə yağı, sox gözünə".

WhatsApp Image 2022-05-19 at 19.09.05.jpeg

Maraqlı tərəfləri də var, deməli, nobada gedəndə günorta yemək üçün evdən nəsə qoyurlar, bu adətən bir kiloluq bankada qatıq olur, atırsan belinə ki, günorta bir qısmat çörək yeyəsən, Vacib əminin danası da səni qaçırır axı, ora bura. Bax əsil nehrə yağı onda olur, günorta istəyirsən ki, çalxalanmış qatıqdan bir tikə çörəklə nəsə yeyəsən, o zaman da baxırsan ki, bayaq ağacdan asdığın torbanı keçi salıb yerə, çörəyini yeyib. Axşama kimi acından ulayırsan meşədə.

WhatsApp Image 2022-05-19 at 19.09.16.jpeg

Bizim kəndə bir Xələddin kişi vardı.(rəsmi adı Xaləddin idi). Naxırçı idi, il boyu kəndin mal-qarasını bu kişi güdürdü. evdən çıxanda buna günorta yemək üçün şor-çörək, qatıq zad qoyurmuşlar, bu kişi də səhər tezdən naxırın toplaşdığı yerə gəlib belindəki yeməyi oturub orda yeyirdi. Deyirdi ki, belimdə gəzdirməkdənsə qanımda gəzdirim.

Siz siz olun, bu yazını oxuyandan sonra "heyif deyil kənd həyatı" fikrinə düşməyin, hər an söyüş yiyəsi ola bilərsiz.

my youtube channel

photo by @khagani

#steemexclusive #photography #life #steemitazerbaijan #tr

Sort:  
 2 years ago 

O vaxtı atamgilin nobadında yuxarı qonşunun inəyi itmişdi. Atam da buna üsulu ilə deyirmiş ki, sizin inək itib zad. Kişi qayıdasan ki, mənim inəyim itməyib e, səninki itib. Yəni tapılmasa inəyini gətirib bağlayacam qapımda))

 2 years ago 

😀😀😀😀 maraqlı idi. Uşaq vaxtı mən də kəndə gedən də mal nobatına getdiyim çox olub. Axşama qədər o qədər qaçırdıq ki, gecəni meyit kimi sənin ən başda samladığın əhli qubur yəni qəbr əhli kimi yatırdıq.

Unless you power up, you're not in any club at all. That's a pity, because we can't vote for your very good post.

http://steemit.lovestoblog.com/clubstatus.php?author=khagani

Coin Marketplace

STEEM 0.17
TRX 0.12
JST 0.027
BTC 55173.73
ETH 2879.85
USDT 1.00
SBD 2.30