Siz ətrafınızda gördüyünüz dünya qədərsiniz!

İnsan çox qəribə və möcüzəli varlıqdır. Özünü tam mənasında tanıyan və dərk edən insanlar demək olar ki, ya yoxdur, ya da barmaqla sayılacaq qədərdir.

pexels-helena-lopes-697244.jpg
Link to Photos

İndi sizə bir sirr açacam. Əvvəlcə, məsləhət görərdim ki, ayaqüstə dayanmısınızsa, əyləşin, çünki halınız xarab ola bilər. Siz ətrafınızda gördüyünüz dünya qədərsiniz. Əgər ətrafınızda yalnız xoşbəxt və rahat insanlar görürsünüzsə, deməli, siz də xoşbəxt və rahat insansınız. Yox, əgər sizi kədərli, kinli, paxıl, bayağı və s. insanlar əhatə edibsə, deməli, siz özünüz də eləsiniz. Aha bilirəm, bunu oxuyub yenə başlayacaqsınız tənqidə. Hələ tənqid ən yaxşı halda olur.

pexels-helena-lopes-933964.jpg
Link to Photos

Sizə daha bir sirr açım? Sizin əks reaksiyalarınız mənim bir az da xoşuma gəlir. Damarınıza basdığımı anlayıram. Bura qədər zarafat etdik, yetər. İndi keçək, ciddi mövzuya.

Deməli, ətrafında əsəbi , daim dava salan adam var. Sən isə bu yazını oxuyub başa düşmüsən ki, bu adam, əslində, sənin güzgüdəki əksin kimi bir şeydir. Sözün həqiqi mənasında sən özün də beləsən, ya da bu adamla ünsiyyətdə olmağa ehtiyacın var. Nəticədə, dəhşətə gəlirsən. Anlayırsan ki, əgər bu ehtiyac sənin öz ehtiyacındırsa, hayana getsən, hara qaçsan, bu tip adamlarla ünsiyyətdə olmaq məcburiyyətindəsən, onda başlaylacaqsan vurnuxub çıxış yolu axtarmağa. Çıxış yolunu seçmək üçün bilmək də lazımdır axı, amma ki sən hələ bilmirsən. Bilmirsən ki, xasiyyət dəyişilə bilər. Hə, hə. Sənin emosiyaların dəyişsə, xasiyyətin də dəyişər.

pexels-afta-putta-gunawan-1036804.jpg
Link to Photos

Mən çox insanlar tanıyıram ki, yaşadığı ərazini dəyişir, amma xasiyyəti dəyişmir. Çünki köçdüyü yerə Özünü aparır. İçindəki Məni aparır. Bütün emosiyalarını aparır. Çox az faiz insan var ki, dəyişir. Onlar da geri qayıtmaqdan qorxur. Əslində, düz edirlər. Çünki köhnə ab-havaya dönsə, xasiyyəti geri qayıdacaq. Əslində, geri qayıdan da, yaşanan da xasiyyət deyil. Uşaqlıqda qazanılmış emosiya və hisslərdir. İnsan o hisslərin diktəsi ilə ətrafla ünsiyyət saxlayır.

pexels-cottonbro-3661391.jpg
Link to Photos

Uşaqlıqda vərdiş etdiyi reaksiyaları verir. Həmin reaksiyaları onun özünə veriblər. O hissi, duyğunu özü yaşayıb. Bunun yaxşı, və ya pis olduğunu anlamadan yaşayıb. Analiz etmədiyi üçün də , analiz edə bilmədiyi üçün də emosiya olduğu kimi yazılıb alt şüuruna.

İndi nə baş verir? Yenə də özündən əmin halda (hətta eyni xasiyyəti tənqid edərək) o reaksiyanı sərgiləyir ətrafına qarşı.

İndi çox yazdım. Növbəti dəfələrdə sizə bunu misallarla izah edəcəm. Özünüzü qoruyun. Əsasən də, Məninizi. O sizə pislik etmək istəmir. Sadəcə əlindən gələn odur.

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62170.06
ETH 2415.65
USDT 1.00
SBD 2.65