Həyatını dəyişmək qorxusu!

Qorxular bir olmur, atam balası, böyüyü var , kiçiyi var. Özünü göstərəni var, ustalıqla maskalananı var. Amma bir qorxu var ki, sənin əlini qolunu bağlayıb hər formada səni hərəkət etməkdən “qoruyur”.

pexels-julia-mourão-missagia-4217177.jpg
Link to Photos

Bu qorxunun adı – Həyatını dəyişmək qorxusudur. Bu qorxu sənə ertələmək üçün cürbəcür bəhanələr verir. Bu qorxu fərqi yoxdur, neçə yaşındasan, 4, ya 40 eyni həyəcanı yaşadır. Gah yuxudan durğuzmağa təmbəllik edirsən, gah iş yerini dəyişməyi ertələyirsən, gah da elə səhərlər idman etməyi. Hər gün , hər gün bir gün də ertələyirsən. Sən bunun adını enerji yetməzliyi qoy, mən isə bu qorxunun öz adını deyəcəm: dəyişmək qorxusu.

Bax hər emosiyanın, hər xarakterin öz adını deyəndə , dəqiq diaqnozunu qoyanda həm insan özünü tanıyır, həm də qurtulmaq asanlaşır.

pexels-kat-jayne-568025.jpg
Link to Photos

Həyatını dəyişmək qorxusunu sizə misallar üzərindən izah edim. Yaşadığı evi dəyişmək istəməyən milyonlarla insan var. Bakıda yaşayanlar daha yaxşı bilər, Sovetskidə yaşayan nə qədər ailə rütubətli evlərdən işıqlı , quru evlərə köçməmək üçün müqavimət göstərirdi?

İş yerini dəyişməkdən çəkinənlər. Gəlib çatıb 45 yaşına. Qazancı qane etmir, karyerası durğunluq dövrü yaşayır, amma "mən bu yaşdan sonra nə edəcəm" qorxusu (oxu, həyatını dəyişmək qorxusu) ilə elə durğun bataqlıqda “iylənməyə” davam edir.

Ailədaxili problem yaşayan 50-60 yaşa qədər olan cütlüklər. Yola getmirsən, ayrıl. Camaat nə deyər? Övladlarıma tarvma verərəm və s. Bunlar hamısı bəhanə və qorxudur. "Camaat nə deyər" ən optimal bəhanə növüdür. Əziz oxucum, burda ikimizik, gəl etiraf edək ki, bir şeyi lap çox istəyəndə camaat yada düşmür. Yenə də bu qorxun varsa, mənə müraciət et, sənə 100 faiz qarantiya ilə kömək edirəm.

pexels-pixabay-247314.jpg
Link to Photos

"Övladlarıma travma verərəm" də - bəhanə növüdür. Əslində baş verən dəyişmək qorxusudur. Qadınlar bəzən bu mövzuda daha elastik ola bilirlər. Onlar daha qlobal dəyişiklik etmək arzularını saç düzümünü dəyişmək, və ya evdə mebelləri dəyişməklə boğurlar. Halbuki onların tələbatı məhz yaşadıqları ortamı- evi, küçəni, iş yerini, ailəni , partnyoru və s. dəyişməkdir.

Bax , əziz oxucum, sən bu qorxunun adını bilirsən deyə, artıq qurtulmaq istəyirsən. Axı dünənə kimi səhər yuxudan oyanmadığın, oyanmaq istəmədiyin üçün özünə yazığın gəlirdi, halbuki axşam tez yatmaq lazım idi. Gör mən nə qədər işləyirəm ki, səhərlər belə oyana bilmirəm və s.

Bəzən pasientlərimə izah etmək istəyəndə ki, bütün yaşadıqlarımız öz xahişimizlə olur, mənə ən yaxşı halda gülürlər, pis halda hətta təhqir edənlər də olur. Amma "bunu sizə elə öz həyatınız misalında əyani göstərsəm?" sualını verəndə balıq kimi sürüşüb mövzudan yayınırlar. Niyə yayındıqları və yayınmağı necə bacarmaqları ayrı mövzudur, amma ortada olan fakt budur ki, insanlar başlarına gələn bütün problemləri və xoşbəxtlikləri özləri İSTƏYİR VƏ HƏYATA KEÇİRİR.

pexels-suzy-hazelwood-2272193.jpg
Link to Photos

Bizim orqanizmimiz bizimlə xəstəlikdə, sağlıqda, xoşbəxtlikdə və bədbəxtlikdə birgə olmağa söz verib. Nəticədə başımıza gələn hər şey öz emosiyalarımızın həyata keçməsidir. Bu yazını oxuyub anlamamağınız tam normaldır. Mətn ağırdır. İçində zarafat yoxdur. İQ'ün bu qədər aşağı olduğunu etiraf etmək mətnin özündən də ağırdır. Odur ki, mən konsultasiyalarda insanlara sadəcə həqiqəti göstərirəm. İnandırmaq mənim vaxtımı alır.

Ya sən inanacaqsan, bunun üçün mükafatın sağalmaq olacaq, ya da inanmayacaqsan, arxanı dönüb gedəcəksən. 5 ildən 10 ildən sonra anlayıb başını daşlara dəfələrlə vurandan sonra qayıdacaqsan. Onda indiki probleminə bir də YEKƏ BİR PEŞMANÇILIQ əlavə olunacaq. İtirən isə yenə də sən olacaqsan!!!

Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:

Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62195.97
ETH 2415.56
USDT 1.00
SBD 2.64