Balıqçı...

in Steemit Azerbaijan☪✔3 years ago

Amerikalı zəngin bir iş adamı Meksikaya iş güzar səfər edir. Bundan istifadə edən iş adamı, "həm ziyarət, həm ticarət deyib" gəlmişkən elə Meksikanı gəzmək fikrinə düşür. Gəzinti vaxtı kiçik bir sahil şəhərciyinə gəlib çıxır. Limanda gəzərkən, içərisi balıqla dolu bir qayıq və kefi kök, əhvalı xoş bir balıqçı görür.

paragat-2.jpg

Salam verib görüşdükdən sonra balıqçıdan soruşur ki; "Bu balıqları nə qədər vaxta tutmusunuz?"
Balıqçı — "Bir-iki saat çəkdi" deyir.
Gəzintiyə gələn, iş adamı olduğu üçün "Yaxşı, niyə bir az daha qalmadın? Daha çox balıq tutardın." deyir.
Balıqçı çiyinlərini çəkir "Nə bilim bu bizə kifayətdir".
İş adamı yenə sual verir."Yaxşı, bəs gün ərzində qalan vaxtını necə keçirirsən?"
Balıqçı da başlayır izah verməyə:
"Səhər açılır, tezdən oyanıb gəlirəm bir az balıq tuturam. Sonra tutduğum balıqları götürüb gedirəm evə. Uşaqlarımla oynayıram, ailəmlə vaxt keçirdirəm. Axşamlarıda dostlarımla görüşürük, danışırıq, deyib -gülürük, yeyib içirik, əylənirik.
Bax belə,gördüyün kimi qardaş, mən çox məşğul adamam"

images (1).jpeg

İş adamı deyir:
"Bax qardaş mən sənə kömək edə bilərəm. Bu işə daha çox vaxt ayıra, daha böyük bir qayıq ala və daha çox balıq tuta bilərsən."
" Çox balıq nəyimə lazımdır ki," deyir balıqçı.
"Balıqları satarsan, oradan əldə etdiyin gəlirlə işivi dahada böyüdərsən. Özünüzə balıq fabriki açarsınız, pulunuz daha çox olar".
Kişi: "Mən daha çox pulu neynirəm?!"

İş adamı: "Siz fabrik qurub bütün ölkəyə balıq satarsınız, artıq özünüz bu işə sadəcə rəhbərlik edərsiniz".
Kişi "Hə bəs sonra?..."

İş adamı: "Necə yəni bəs sonra? Siz öz fabrikinizə bir rəhbər qoyarsınız… özünüzdə dəniz qırağında qəşşəng dincələ-dincələ, istirahət edə -edə arada balıq tutarsınız".
Kişi maraqla; Yaxşı bəs bunları hazırlamaq üçün neçə il lazımdır?" soruşur.
İş adamı"15-20 ilə öhdəsindən gələ bilərsən

Kişi: "Qardaş mən bügün onsuzda arada bir, kefim istəyəndə dəniz qırağına çıxıb balıq tuturam. Bundan ötrü fabrik qurmaq, dağa bağa düşmək lazım deyil"...

oldman-2.jpg

Bu misaldan bizə aydın olur ki, çox böyük biznes sahibi olan sahibkarların belə arzusu, məhz xırda-kiçik və qayğısız həyatdır… lakin fikir versək görərik ki , bu həyata sahib olmaq üçün mütləq sərbəstlik lazımdır!

Sərbəst olmaq üçün nə lazımdır?! Bax onu düşünmək lazımdır...

P.S Bizim bu iş adamları balıqçıların babat sərbəstlikləri var, ama balıqları yoxdu

IMG-20211123-WA0001.jpg

İmage

İmage

İmage

Sort:  
 3 years ago 

Baligmiz da var ay Isa m.
IMG-20211124-WA0004.jpg

 3 years ago 

Əla👏👏👏🎉🎉🎉🎊🎊🧿

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60871.89
ETH 2724.35
USDT 1.00
SBD 2.43