Uzun məsafələrə yürüşlərimiz.

in Steemit Azerbaijan☪✔2 years ago (edited)
<div class="text-justify>. #### Salam dostlar. Hər vaxtınız xeyirli və uğurlu olsun. Vaxtın azlığı imkan vermir ki, paylaşmalar edim. Vaxt tapan kimi fürsətdən istifadə edəcəyəm. Velosiped idmanının sağlamlıq üçün çox böyük əhəmiyyəti olduğunu hamımız yaxşı bilirik. Bizim də məramımız bu idman növünə olan həvəskarları aşılamaqdır. Siqaret və digər mənfi vərdişlərdən uzaq durmağı istifadə edənlərin hər birinizə tövsiyə edirəm. Hesab edirəm sizlərdən bu mövqeyə münasibətiniz müsbət olar. Hər bir insanın sağlamlığı əsas məsələ kimi öndə durmalıdır. Necə deyərlər sağlam bədəndə sağlam ruh olar. Hər dəfə uzaq məsafələrə velo yürüşlər edirik. Bu dəfə onlardan birini sizə təqdim etmək istəyirəm.

1664042091579-1.jpg

Getdiyimi məsafəni Stravadan öz səhifəmdə götürüb burada paylaşıram .
Həmən gün şəkildən göründüyü kimi 94.31 km məsafə qət etdik. Həmin günü küləyə qarşı sürmək bizim üçün çətin idi. Ancaq gələndə küləyin sürəti bizə xüsusi kömək etdi. Sizə bir kiçik sirr də açım. Sürməkdən qabaq havanın proqnozuna uyğun marşurut seçirik. İlk növbədə küləyə qarşı sürməyi üstün tuturuq. Nə qədər bacardığımız qədər sürdükdən sonra külək axını ilə geri qayıdırıq.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56769.28
ETH 2333.88
USDT 1.00
SBD 2.36