Fani dünya.

in Steemit Azerbaijan☪✔2 years ago
###Salam dostlar. Hər vaxtıniz

IMG_20220524_084748.jpg
xeyirli olsun. Yaşadıgımız həyatın nə qədər fani olduğunu hamımız yaxşı bilirik. Ancaq yenə də bu fani dünya bizi son ağır vəziyyətinin ağuşuna alır. Biz də unutqan bir bəndə kimi hər şeyi baş vermədiyi kimi özümüzü göstərsək də itkilər ürəyimizdə bir nisgil iz buraxır. Çox uzun sözün qısası həyətimizin yaraşıgı və muhafizəçisi itimiz Lessinin qəflətən xəstənib ölməyi ailəmizi çox məyus etdi. Həkimlərin sistem qoşduğu bir anda sistem altında dünyasını dəyişdi. Heyvanın o anda şəkilini çəkməyə belə cürət etmədim. Həmin an onun gözlərində bir yalvarış kömək istəyi hiss olunurdu. Bəzi insanlara bu fərqli görünsə də ,ancaq bu anı heyvan saxlayan və heyvana öyrənmiş insanlar yaxşı bilərlər.

IMG_20220514_133632.jpg
Adam ücün hər bir insan və ya canlı ölümü təsirsiz ötüşmür. Və bizdə istər istəməz bu qanuna tabeyik bilib yenə də həyat davam edir kimi yaşayırıq. Fani dünya elə fani olaraq qalacaqdır. Hər kəsin öz həyat eşqi və yaşam tərzi vardır. Çalışıb pissimiz düşüncələrdən uzaq durmalı və öz həyatımıza davam etməliyik. Allahdan ancaq sizə sağlam həyat tərzi arzulayıram. Özünüzü qoruyun dəyərli steemitçi dostlar. Di gecəniz xeyirə qalsın.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57225.87
ETH 2353.04
USDT 1.00
SBD 2.37