Axşamınız xeyir dostlar.
Bəs edəcəyim mövzu siqaret haqqında olacaq. Siqaretin insan orqanizminə nə qədər ziyan verdiyini hamımız bilirik. Hətta siqaretin üz qabığında "siqaret sağlamlığınız üçün zərərlidir " ifadəsi gözümüz önündə olsa belə, onu cəkən insanlar heç bir əhəmiyyət vermirlər. Bu gün gənclərimiz ( hətta məktəblilər) bu pis vərdişə aludə olurlar. Bu da gənclərin sağlamlığına mənfi təsir göstərir. Gənclərimizin idmanla və sağlamlıqlarını qorumaq üçün daha əhəmiyyətli işlə məşğul olmaları lap yaxşı olar. Bununla belə siqaretin mənfi təsiri haqqında səhifələrlə mövzu yazmaq olar. Lakin bu zərərli vərdişdən qurtarmaq istəyən insanları alqışlayıram. Siqaret çəkən insanlara isə belə mesaj verərdim: ilk növbədə başa düşmədiyiniz dərəcədə sağlamlığınız və maddi durumunuza , hətta ətrafdakı insanlara xeyli zərər vurmuş olursunuz. Bu pis vərdişdən heç kim xeyir görməyib və bir sözlə "Özünüzün və ətrafdaki insanların sağlamlıqlarının qayğısına qalın"!
Özün ağzının dadını bilmirsən,camaatı da yoldan cıxardırsan
Əksinə duzğun yola dəvət edirəm. Mənə qalsa sənə də məsləhət görməzdim.