//club100 // The Diary Game-Better Life 18. 09.2022 Balkonsuz evin balkon mənzərələri... .

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Sentyabr elə bir aydı ki, isti olur, deyinirik, soyuq olur, ondan betər deyinirik. Ayın əvvəli elə soyuq oldu ki, şəxsən mən nazik paltarlarımı kənddə səxavətlə paylayıb gəldim ki, daha bu il mənə lazım olmayacaq. Ancaq sən saydığını say, gör Bakı sənə nə sürprizlər edir. Elə bir istiyə düşmüşük ki, oturduğumuz yerdə tər alıb gedir adamı.

IMG-20220916-WA0011.jpg

Bu şəkil oturduğumuz yeri ifadə etmir təbii ki. Deməli, yeni yerləşdiyimiz ev çox nəhəng bir kompleksdi. Ən əcayib olan da odur ki, külək binanın böyründən keçib gedir. Pəncərəni açıb başımızı çıxartsaq, az qala külək aparar ha. Di gəl ki, o küləkdən cüzi də olsa evin içinə girmir. Postun adına diqqət elədinizsə, balkonsuz ev yazmışam. Mənzilin balkonu yoxdu. Əvvəl elə bildik ki, binada heç bir mənzildə balkon yoxdu, sonra gördük ki, bizim ev sahibi evin dizaynın dəyişib. Heç də düz hərəkət eləməyib əslində. Mən şəhər binalarının dizaynında sakinlərin özlərindən yeni icadlar eləməsinin tərəfdarı deyiləm. Qarışıqlıqdan adamın gözləri yorulur.

IMG-20220918-WA0004.jpg

IMG-20220918-WA0001.jpg

IMG-20220918-WA0003.jpg

IMG-20220918-WA0002.jpg

Bu bizim olmayan, xəyali balkonumuzdan görünən gecə mənzərələridi. Əvvəlki qaldığımız evin balkonundan belə şəkillər çəkib paylaşmağı sevirdim. Amma mənzərələr bir az fərqlidi. Məsələn, bu evin pəncərəsindən şəhərə açılan mənzərə o qədər də ürəkaçan deyil. Yaxın məsafədə çoxlu sayda gecəqondular var. Yəni səliqəsiz şəkildə tikilmiş həyət evləri. Şəhər sanki iki hissəyə bölünüb. Göz oxşayan və uzaqdan adamı heyran edən alov qüllələri, hündür göydələnlər, lap uzaqdan dəniz və yaxındakı bu pərakəndə tikilmiş səliqəsiz həyət evləri. İnsanlar eyni məkanda fərqli dünyalarda yaşayırlar. Nə qədər desək ki, maddiyyat əsas amil deyil, yanılırıq. Yaxşı yaşamaq istəyi həmişə ən böyük arzu və məqsəd olub. Belə. Gecə mənzərələri ilə sizi feyziyab elədim. Gələn dəfə də gündüz mənzərələrini təqdim eləmək niyyəti ilə, sağ olun, salamat qalın🙏

@gulaybagirzade

Sort:  
 2 years ago 

Hiss olunur ki, artıq 2-ci kurs tələbəsidir.

 2 years ago 

Saçlar))

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57659.57
ETH 3030.07
USDT 1.00
SBD 2.26