Burnsteem25 //club100// The Diary Game-Better Life 29.08.2022. Bu şəhərin dənizi.

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Öncəki postumda ekstern bir qərarla Sumqayıta gəldiyim haqda yazmışdım. Bu gün artıq 4 gündür ki, Sumqayıtdayam. Sumqayıtdan iki tələbə yoldaşım var. Orada yaxın qohumlarım olduğu üçün bir aralar Sumqayıtda qalıb oxumaq kimi fikirlər də vardı. Sonra uzaqlığı nəzərə alıb bu fikirdən vaz keçdik. Nə yaxşı ki də vaz keçdik. Sumqayıtdan Bakıya dərsə gələn uşaqların nə qədər əziyyət çəkdiyinin şahidi oluram. Qonaq getmək bir başqa. Dünən axşam Fatimə ilə Sumqayıt dənizinə gəzməyə getdik. Xəzərin Sumqayıt tərəfinə. Çoxdankı arzum idi bura gəlmək.

IMG-20220828-WA0058.jpg

Akademiya bulvara yaxın olduğu üçün Xəzəri tez-tez görmək imkanım var idi. Amma Xəzərə hündürdən estakadalardan tamaşa etmək bir başqa, buradan yaxın təmasdan tamaşa etmək başqa bir zövqdü. Xəzər təmiz dəniz deyil. Amma yenə də dənizi olmayanlara baxıb şükür eləmək olar :)

IMG-20220828-WA0069.jpg

IMG-20220828-WA0066.jpg

IMG-20220828-WA0067.jpg

Deməli, kiçikkən 9 ay Sumqayıtda yaşamışam. 3 yaşında bir uşağın yadında olub bitənlər nə qədər qalarsa mənim də yadımda Sumqayıt elə qalıb. Şəhər elə şəhərdi. Böyük binaları, geniş küçələri, parkları, xiyabanları, izdihamlı meydanları ilə. Yuxu kimi yadıma şeytan çarxına minməyimiz düşür. Özü də gecənin qaranlığında idi. O vaxt elə bilmirşdim ki, bir daha bu hündür yerdən düşə bilməyəcəyik.

IMG-20220828-WA0059.jpg

Şəhər gecələri daha maraqlı olur. Məsələn, mən rayonda axşam saat 9-da bir tərəfə çıxıram desəm, hamı etiraz eləyər. Çünki az qala yatan vaxtdı. Şəhərdə axşam saat 9 az qala günün günortasıdı. Şəhər rəsmən gecə həyatı yaşayır. Çoxmərtəbəli binalardan sayrışan işıqlar gecə yarısına, bəzən səhərə qədər sönmür. Hər birinin öz maraqlı tərəfləri var. Yaşam ümumiyyətlə, gözəldi. Yetər ki, onu doya - doya yaşayasan. Bizim axşamüstü Sumqayıt səfərimiz başa çatdı. Sən demə, Fatiməgil də burada yaşadıqlarına baxmayaraq, çoxdandı dəniz kənarına gəlmirlərmiş. Həm savab oldu bu gəzintimiz. Belə. Oxusanız təşəkkürlər. Özünüzə göz qulaq olun 🙏

@gulaybagirzade
25 % to @null

Sort:  
Loading...

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 60811.44
ETH 2350.21
USDT 1.00
SBD 2.52