The Diary Game -Better Life Season 3 - 09.11.2021 | "HAPPY BİRTHDAY"

in Steemit Azerbaijan☪✔3 years ago

Salam dəyərli Steemit Azerbaijan ailəsi. Hamınıza sevgi, xoşbəxt və rahatlıqla dolu günlər arzulayıram. Sizə istirahət günümüzdən danışım. İstirahət günümüzlə yanaşı, həmdə Rəcəbin anası Şəfiqə xalanın da doğum günü idi. Axşamı günü, Rəcəblə birlikdə veqan tort bişirdik, düşbərə bükdük. Rəcəb ilk dəfə idi düşbərə bükürdü deyə həmdə əsəblərimi bükürdü 😆 Deyə gülə, saat 12 qədər işləri bitirb yatdıq. Səhər oyanıb sevimli səhər yeməyimiz pomidor tofu və tünd qəhvə hazırladıq.

IMG-20211109-WA0009.jpg

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Yeyib içdikdən sonra, otaqları təmizlədik. Lövhəyə ad gününüz mübarək yazdıq :)

Bu Sonra Rəcəb getdi badımcan salatı almağa, hansı ki binamızın aşağısında yerləşən restoranda hazırlayırlar çox əla dadı var. Mən süfrəni hazırladım. Rəcəbin valideynləri Xanlar dayı və Şəfiqə xala gəldilər. Onun üçün aldığımız ətiri özünə verib, təbrik etdik. Sonra oturub yeyib içdik. Sağ olsunlar, hər ikisi də çox rahatlıqla mənim(bizim) veqan olmağımızı qəbul ediblər. Hətta hər ikisi də bəzən məndən onlar üçün veqan yeməklər bişirib aparmağımı istəyirlər. Düşbərəni veqan "ət"-ı ilə etdiyim üçün, Şəfiqə xala dedi ki, heç adi düşbərədən seçilmir :)

IMG-20211109-WA0015.jpg

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Sonra birlikdə deyə gülə söhbətlər edib, şəkillər çəkdik. Buyurun baxın..

IMG-20211109-WA0011.jpg

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

IMG-20211109-WA0010.jpg

Qonaqlarımızı yola salıb, mətbəxi yığışdırdıq və getdik yenə tai masajina, qəşəng bizi yoğurdular, sonra sushi yeyib evə gəldik, dincəldik. Belə əziz dostlar, ümid edirəm sizlərin də günü rahat və hüzurlu keçib

IMG-20211109-WA0012.jpg

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Follow me on Instagram: You can get acquainted with many delicious recipes
safplanet

Follow me on YouTube:
safplanet

Follow me on D.Tube:
safplanet

Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib

07f96896-1825-4d30-93f6-e5d5b23237b3.gif

About the Author

Greetings! @fatimasabirli. My name is Fatima. I am a freelance cooker. I am a vegan. My goal is to let people know what vegans can eat during the day. I love to explore the world and see its wonders. I also love different artworks and admires them. Again, thank you for the support.
Sort:  
 3 years ago 

Şəfiqə ananı təbrik edirəm. Gözəl gün keçirmisiniz.
Həmişəki kimi nəfis yeməklər. :)

 3 years ago 

Çox təşəkkür edirəm

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62170.06
ETH 2415.65
USDT 1.00
SBD 2.65