Human Type's

in Steemit Azerbaijan☪✔3 years ago

Sevmədiyim insan tipi:

  1. Hər zaman eyni düşünən: özünü heç bir sahədə formalaşdırmayan, fərqli düşüncələrə allergiyası olan.
  2. Paxıl : əgər biri özündən hər hansısa sahədə daha çox bilir və təcrübə sahibidirsə onu qısqandığı üçün ona " guya ki bu ağıllıdır da" peçatı yapışdıran.
  3. Kobud : biri ona qarşı bacardığı qədər humanist davransa da ona qarşı soyuq və uzaq davranan.
  4. Qeybətci : üzünə heçnə deyə bilməyib, arxanca dastan yazan, kimə gəldi sirrini deyən, olmadı hadisələri danışıb çətin vəziyyətə salan.
  5. Cahil : ömründə bir dəfə də olsun kitab oxumayan, araşdırmağı sevməyən, kütlə psixologiyası ilə addımlayan, bütün ağıllı insanlara mız qoyan.
  6. Deyinən : indi bu çox bilir də deyərək bütün yaxşı insanların yoluna daş atan, sadəcə bir davranışa görə " həə o bundandır" deyən, edilən hər davranışa və deyilən hər sözə " yox elə deyil" deyən.
  7. Antipatik : empatiya qurmağı bacarmayan, həddindən artıq eqolu "mən düzəm" , " bilirəm" , "sən uşaqsan bilməzsən" deyən.
    (O boyda filosof Sokrat deyib ki " Mən bilirəm ki, mən heçnə bilmirəm" . Ancaq antipatik insanlar hər zaman haqlı olduğunu zənn edir)
  8. Neqativ : ümidi olmayan, o pisdir bu pisdir deyən və pozitiv insanlara qarşı nifrət bəsləyən.
  9. Nəzakətsiz : başqalarının sözünü kəsib özü danışan, qarşısındakı insanı pis vəziyyətdə qoyan, incidən, üzən. " Aaa necə sən bunu bilmirsən" deyən.
  10. Etik qaydalara uymayan : söyüşlə danışan, mədəniyyətsiz şəkildə yemək yeyən, düzgün danışa bilməyən.
  11. Kinli : hər nə deyilsə onu yozub şişirdən, deyiləni anlamadığı üçün mövzunu iyrənc levelə keçirən, üstündən illər keçsə də " sən filan günü mənə o sözü demişdin" deyən.
  12. Vecsiz : etdiyi heç bir hərəkətdən utanmayan və buna davam edən, "vecsizəm mən " titulu ilə nə gəldi edən, heç vaxt yaxşı olmayıb " mən beləyəm sevən belə sevsin" deyən.

Əgər bura qədər oxudunsa deməli ağlında bir sual yarandı : yaxşı bəs onda bu qız kimi bəyənir?Deyim də :
Düzgün tərbiyəli, fərqliliyə açıq, mehriban, insanlarla çox incə davranan və danışan, bacarıqlı, zövqlü, gözəl danışıq və əl qabiliyyəti olan, sadə, ürəyi açıq, pozitiv, çox oxuyan və araşdıran, həyat dolu olan, başqalarının uğuruna sevinən və insanları motive edən, səliqəli və baxımlı insanlar.

IMG-20211130-WA0012.jpg

IMG-20211130-WA0011.jpg

Sort:  

Qəşəng ❤️

 3 years ago 

Təşəkkürlər ❤️

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 61042.80
ETH 2605.92
USDT 1.00
SBD 2.65