CLUB5050 The Diary Game Better Life Season 3 |29.03.22| Məcburi köçkün

in Steemit Azerbaijan☪✔3 years ago

Məcburi köçgün kəliməsini hamımız uşaqlığımızdan bəri eşitmişik ancaq mənasını təzəlikcə dərk etdik. İnsanın evini, yurdunu tərk etmək məcburiyyətində qalması çox bərbad bir hiss imiş

IMG_20220329_130203_913.jpg

Rəcəblə Azərbaycanı tərk etdiyimizdə çox xoşbəxt idik çünki bu qərarı özümüz vermişdik və ağlımızda daha yaxşı həyatı qurub, yaşamaq düşüncələri var idi. İlk etmək istədiyimiz sənədlərimizi həll edib, Rəcəbə daimi yaşayış hüququ mənə isə Ukrayna vətəndaşlığı almaq idi. Lvivə çatan kimi başladıq nə lazımdırsa etməyə, bir tərəfdən sənədləri tərcümə edirdik digər tərəfdən miqrasiya binasına gedib gəlirdik. Hər şey yaxşı idi və qaydasında gedirdi. Ancaq fevral ayının 24 çox pis xəbərlə açdıq səhəri, muharibə başlamışdı. Rusiya Ukraynaya bombalar atır və dinc əhalini öıdürürdü. Bu bizi çox üzmüşdü və başqa planlar qurmağa vadar etmişdi. Yenicə qurduğumuz sistem dağılmağa məcbur qalmışdı. Atam və qardaşım ölkədəki səfərbərlik ucbatından ölkəni tərk edə bilməzdi çünki 18-60 yaş arası Ukrayna vətəndaşlarına daha doğrusu kişilərə icazə yox idi.

IMG_20220329_130200_084.jpg

Onları qoyub gedə bilmirdim ancaq atam hamımızın getməli olduğunu, onların özləri üçün bir çarə tapacağını deyirdi. Ağlım getmək istəsə də ürəyim onları orda qoyub getməyə icazə vermirdi. Gözləyirdik, hər şeyin bir zaraftat olduğuna ümid edib eləcə gözləyirdik. Kyivdən ailə dostlarımız gəldi bizə 22 nəfər. Hamı üst-üstə yatmışdı. Hamısı şok içərisində donuq vəziyyətdə idi. yenicə təmir olunmuş 3 ədəd villalarını, maşınlarını və 20 ildən çox yaşadıqları həyatlarını qoyub qaçmışdılar...

Bu yazının ardı olacaq

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62153.21
ETH 2411.09
USDT 1.00
SBD 2.64