CLUB5050 ❤️ The Diary Game -Better Life Season 3 | 29.01.2022| Son axşam yeməyi

in Steemit Azerbaijan☪✔2 years ago

Salam əziz Steem Azerbaijan ailəsi. Biz gəldik çatdıq Azərbaycandakı son günlərimizə. İçimdə uşaqlarla son görüşümüz olduğu üçün hüzn olsa da, eyni zamanda çox xoşbəxtəm çünki bu bir ildə gördüklərim məni ölkəmdən tamamilə soyutdu. Ümid edirəm gedəcəyimiz ölkələr, bizi sevindirər. Həm də düşünürəm ki, ən azından başqa ölkələrdə (bəzi geridə qalmış ölkələr istisna) insanlar sıradan etiket qaydalarına əməl edirlər.

IMG_20220121_165515.jpg

Hər nə isə, səhər oyanıb özümüzü dağınıq köç halında evdə tapdıq, hər yer sözün əsl mənasında köçürdü. Biz də korona testi vermək adı ilə başımızı götürüb evdən çıxdıq. Gedib testi verib, qalan kiçik işlərimizi həll etdik. Sonra Alp ( iş yoldaşım) mənə mesaj göndərdi deyir Fatimə bu gün mağazaya bir müştəri gəlmişdi və məndən soruşdu ki, Fatimənin ən sevdiyi məhsul hansıdır, onun üçün bir hədiyyə almaq istəyirəm?!
Alp bu sualın cavabını bilməyib, qız da mənim üçün yerfıstığı əzməsi alıb qoyub. Bu həmin xanımın mənə etdiyi ilk jest deyildi. Daha əvvəl də mənə kitab hədiyyə etmişdi özü də Dostoyevskidən seçmələr. Həqiqətən bu jesti məni çox xoşbəxt etdi. Getdik əzməni götürdük, xanıma da şəkərsiz tünd şokolad alıb, üzü onun iş yerinə (Librafa) tərəf düşdük. Xanımla görüşüb, ona təşəkkür edib, onun üçün aldığım hədiyyəni verib, biraz söhbətləşdikdən sonra qucaqlaşıb ayrıldıq. O həqiqətən 2021-də tanıdığım ən yaxşı insanlardan biridir.
Ümid edirəm həyat bizi daha yaxşı yerlərdə yenidən birləşdirər.

IMG_20220121_180541.jpg

Uşaqlarla görüşəcəyimiz yerə çatdıq, bizim sevimli Unitedcoffeebeans-ə. Fəridə, Sonya, Sevda, Günel və Fərhad hamı gəldi, isti şokolad içdik, söhbət etdik, hamı kövrəlmişdi. Həqiqətən çətin olur öyrəşdiyin insanlarla vidalaşmaq. Hər həftə sonu toplaşıb görüşürdük və birlikdə zaman çox gözəl keçirdi. Unudurduq harada yaşadığımızı, insanların mənasız davranışlarını, hər şeyi ..

IMG_20220120_165501.jpg

Dostlarımız, ətrafımızdakı insanlar bizim həyatımızı rəngləndirdi. Gözəl bir yerlərdə daha gözəl həyatlarda görüşmək ümidi ilə..

Sort:  
 2 years ago 

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59238.58
ETH 3176.28
USDT 1.00
SBD 2.45