CLUB5050 The Diary Game Better Life Season 3| 22.04.22| Məcburi köçkün ( Davamı)

in Steemit Azerbaijan☪✔2 years ago

Polşa sərhəddini keçdikdən sonra gördüklərim məni çox kövrəltdi. Yolun həm sağ həm də sol tərəfində bir sürü insanlar bir insana lazım ola biləcək hər çeylə orda gözləyirdilər. Yemək, içmək, geyim və gigiyeniya və daha nələr-nələr həm də pulsuz.Hər kəs çox gülərüz və mehriban. Bir çox ölkədən nümayəndələr insanlardan müsahibə götürürdü. Ancaq məni məyus edən tək şey ukrayna qaçqınlarının böyük bir hissəsi oldu çünki onlar özlərini çox mədəniyyətsiz və görməmiş aparırdı. Üstəlik sanki müharibədən qaçmamışdılar çünki deyib gülür və heç bir şeyi qaçırmırdılar. Olanları görməzdən gəlmək üçün çalışırdım.

IMG_20220416_103405_028.jpg

Przemysl-ə gedən avtobusların olduğu sıraya girdik və birdən Ukraynalı qadın sola dönüb qatarla getməli olduğumuzu dedi. Biz də qırılmış çamadanımızla qatar yoluna getdik 15 dəqiqə getdikdən sonra bizə könüllülər dedi ki, irəli getməyin çünki qatarın nə vaxt gələcəyi məlum deyil ola bilsin ki, sabah gəldi. Biz orda çox üzüldük, çünki vaxt itirmək istəmirdik. Dedim Rəcəb gəl qayıdaq avtobus olan yerə və gözləyək. Getdik durduq qarşıda və bir kişi yaxınlaşıb dedi ki, siz niyə qayıtdınız təzədən gedin qatar stansiyasına, orda biraz mübahisə etdik Polyak mənə dedi ki onlarla söz güləşdirməsəm yaxşıdır dedim yaxşı. Sonra arxadan bir qız hey Türkmüsünüz dedi və yanında da bir oğlan var idi, dedim yox Azərbaycanlıyıq. Söhbət etdiyimiz vaxt 6 nəfərlik minibus gəldi və o uşaqlar və bizi mindirdilər həmin busa.

IMG-20220323-WA0002.jpg

Yolda tanış olduq oğlan türk yoldaşı ukraynalı idi. Onlar da Almaniyaya gedirdi. Bus bizi Przemysl vağzalında saxladı düşdük. Dedilər ki, içəri girib qeydiyyatdan keçməliyik. Bircan və Nastya ilə girib qeydiyyatdan keçdik. İçəridə yatmaq üçün yerlər, matraslar, yemək içmək bir sözlər hər şey var idi. Hər yerdə belə yazı var idi "Əgər kimsə sizə yaxınlaşın sizi bir yerə aparmağı təklif etsə və siz də qəbul etsəniz, həmin şəxsin şəklini və maşın nömrəsini çəkib yaxınlarınıza göndərin çünki həmin şəxslər yalançı ola bilər" . Biz getdik Almaniyaya getmək istəyən insnaların olduğu hissəyə. dedilər ki qatar 6 saata da gələ bilər(bu ən tezi idi) 2 günə də. Ordakı qaraçıları və etdiklərini görüb orda uzun müddət qalmağın çox pis olacağını düşünürdük ki, yanımıza biri gəlib, bizi Almaniyaya apara biləcəyini dedi..
Ardı var..

IMG_20220105_170439_128.jpg

Qeyd: paylaşmağa şəkil tapmıram deyə, dəxlisiz şeylər paylaşıram

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59367.33
ETH 3172.01
USDT 1.00
SBD 2.43