Orda bir kənd var , uzaqda ...

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Göyçay rayonu Alxasava ( Alxasoba) kəndi. Böyük Qafqaz dağlarının Qaraməryəm tirəliklərində yerləşən bu kənddən Yuxarı Şirvan kanalı keçir.

FB_IMG_1636258762653.jpg

Əhali sayı 1000 nəfər ətrafındadır. Əsas məşğuliyyətləri meyvəçilik ( xüsusən narçılıq ) , əkinçilik və maldarlıqdır.
Kəndin əsl adı Alxasın obası anlamına gələn Alxasobadır.

FB_IMG_1636258749056.jpg

Sovet dövründə 1940-cı ildə əlifba dəyişikliyi zamanı kril qrafikasındakı "v" hərfi latın qrafikasındakı "b" hərfi ilə eyni cür yazıldığı üçün rus məmurlar tərəfindən səhv salınaraq rəsmi sənədlərdə Alxasava kimi işlədilməyə başlayıb.

FB_IMG_1636258755953.jpg

Kənd məktəbinin ali məktəbə qəbul faizləri rayon üzrə ən yuxarılarda dayanır. Bəzi illərdə 100 faiz nəticə qeydə alınmışdır. İstər elmi çevrələrdə , istərsə də yüksək dövlət postlarında kəndin nümayəndələri təmsil olunmaqdadır .
Əhalisi əsasən İslam dininin sünni məzhəbinin Hənəfi yolu ilə ibadət edir .

Sort:  
 3 years ago 

Bir tarix müəllimi kimi tarixi adın bərpası üçün müraciət edə bilərsən. Maraqlı olar, görəsən nə cavab verərlər.

 3 years ago 

Bunun üçün kənd əhalisi ərizə yazıb imzalamalı və Milli Məclisin müvafiq komissiyana ünvanlamalıdır . Bir dəfə belə bir söhbət açdım , gördüm ki , kənd əhalisi etinasızlıq edir, daha baş qoşmadım .

 3 years ago 

Mən bu yaxınlara qədər Göyçay əhalisinin 90 %- nin şiə olduğunu bilirdim. Rayon üzrə bəlkə də mən dediyim kimidir.

 3 years ago 

Xeyr , təxminən 60 faiz şiə , 40 faiz sünnidir

 3 years ago 

Xeyr , təxminən 60 faiz şiə , 40 faiz sünnidir

 3 years ago 

Hə, şiələr üstünlük təşkil edirmiş.

 3 years ago 

Çoxu da mənim babam bunan olub məsələsi. Soruşsan Fatihə surəsini bilmir.

 3 years ago 

Bəli

 3 years ago 

Bəli

 3 years ago 

Çox maraqlı idi müəllim. Təşəkkür edirəm yurdum Göyçayı belə təmsil edirsiniz.

 3 years ago 

Təşəkkür edirəm.🤝

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 60754.63
ETH 2349.52
USDT 1.00
SBD 2.53