Alternativ tarix.

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Alternativ tarix, bir və ya daha çox tarixi hadisənin baş verdiyi və real həyatda olduğundan fərqli şəkildə həll edildiyi hekayələrin spekulyativ uydurma janrıdır. Birini də mən qurum. 1941-ci ilin dekabrında Yaponiya Sakit okeanın Havay adalarında ABŞ-a məxsus Pörl-Harbor hərbi bazasını bombaladı.

pörl.jpg
image

Bu hadisə barədə filmlər də var. Bundan sonra ABŞ və Böyük Britaniya Yaponiyaya müharibə elan etdi. Yaponiyanı müdafiə etmək üçün İtaliya və Almaniya da ABŞ və Britaniyaya müharibə elan etdi. ABŞ-ın müharibəyə qoşulması ilə müharibə dünya müharibəsi səviyyəsinə qalxdı. ABŞ 1942-ci ildə öz ərazisindəki yapon əsilli vətəndaşlarını xüsusi düşərgələrdə yerləşdirdi. Səbəb kimi onların Yaponiyaya casusluq edəcəyindən ehtiyat edilməsi idi.

emil.jpg
image

İndi mən məsələnin bu tərəfinin nə dərəcədə ədalətli və humanist olduğunu kənara qoyuram. Alternativ tarix üçün qayıdaq həmin əsrin 20-ci illərinə. ABŞ prezidenti Kalvin Kulic "mühacir qanunlarında" dəyişiklik etmişdi. Yaponiyadan ABŞ-a mühacirət ümumiyyətlə qadağan edilmişdi. Təsəvvür edək ki, belə qanun olmasaydı 40-cı illərdə ABŞ-da yapon əsilli insanlar daha çox olar və onların hamısını nəzarətdə saxlamaq daha çətin olardı.

tarix.jpg
image

Bu da müharibənin ən yaxşı halda daha da uzanmasına və itkilərin daha böyük olmasına səbəb ola bilərdi. Ən pis versiyada isə ABŞ məğlub ola bilərdi. O zaman dünya daha qaranlıq olardı. Bəzi qanunlar bir neçə il sonra öz müsbət təsirini verir. Eynən meyvə ağacı kimi. Bir neçə il sonra...

Məni digər sosial şəbəkələrdə izləyə bilərsiniz.

Sosial Media Platform:

Youtube
Facebook ►http://bit.ly/2JxyJD8
Twitter ►http://bit.ly/2LPV4gR
Instagram ►http://bit.ly/2NT2dj1
Whatsapp ►+994 77 549 04 12

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62195.97
ETH 2415.56
USDT 1.00
SBD 2.64