Bayraq

in Steemit Azerbaijan☪✔3 years ago

Salam əziz steemit ailəsi bu günki yazıma kiçik şeir parçası ilə başlayaq

Bayraq mənliyimdir Bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim

Bu kiçik şeir parçasından sonra yazımıza davam edək bu şəkil xarıcı ölkədə deyil öz doğma yurdumuzda sədərək bazarında sirniyyat kimi bilinən hissəsində çəkilib. Vətəni sevmək Bayrağı sevməkdən uğrunda ölməkdən keçir . Biz bu vətənin hər qarışı üçün öldük öldürdük , əzizlərimizi itirdik. Bu torpağın hər qarışında Bakısından , Qararabağına kimi hər yerində şəhid verdik . Bu qanlar bahasına bu vətən bölunmədi .

20220325_095752.jpg

Bayraq bizim kimliyimizin əsasıdır . Bayraqsız xalq , vətənsiz insan olmaz biz bu vətənə sevdalıyıq . Hər xalqın talehinə baxsaq savaşlar hər zaman olub bəziləri bu savaşdan qalib olub bəziləri məğlub . Böyük Çeçen sərkərdəsi ( kamandırı) Şamil Basayevin dediyi kimi məğlub olmaq önəmli deyil önəmli olan onla barışmamaqdır. Biz 30 ildə keçsə barışmadıq . Bir xalqın Vətənini almaqla bir insanın qolunu ( ayağını) bir parçasını almaq eynidir.

20220325_095734.jpg

Bizim haqq davamızda yanımızda olanları bu xalq heç zaman unutmayıb , unutmayacaqda . Agıllardan silmək isdəsələrdə olmayacaq . Bu 3 bayraq bu xalqın ürəyinə həkk olub onu kimsə söküb ata bilməz . Var olsun Azərbaycan Türkiyə Pakistan qardaşlığı

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.029
BTC 61986.52
ETH 2406.81
USDT 1.00
SBD 2.65