Qarlı gün🌨️
Salam Steemit Azərbaycan. Necəsiniz? Günləriniz necə keçir. Uzun müddətdən sonra yenə mən Elçin. Nə qədər vaxtdı post paylaşmırdım. Bir az başım işlərə qarışmışdı. Yəni mart ayında da gah gün çıxdı həyətdə iş oldu, sonra qar yağdı yenə mənə həyətdə iş oldu yəni qar kürəmək bir sözlə bu ayda çox post paylaşa bilmədim. Mart ayı girəndən ancaq qar yağır və hətta neçə illərdiki belə dayanmadan qar yağmırdı. Nəysə yenədə bunları da gördük. Mart ayında bilmirəm sizdə də elədimi yoxsa yox amma mənim bütün yaxınlarımın ad günlərinin çoxu mart ayındadı.
Bu günkü postumuzun mövzusu isə günlükdür. Dünən bizə bacım və uşağı gəlmişdi. Bayram ziyarətinə. Sonra isə düşüb həyətdə qar oynadıq. Yəni illərdi ki mənimlə bacım qar topu oynamırdı. Ya qışda qar vaxtı iş olurdu ya da necəsə oynaya bilmirdik. Amma illər sonra da oynamaq lap gözəl idi. Qar adam da düzəltmək istəyərdim amma qar dayanmadan yağdığı üçün və gündə çıxmırdı ki qarı yekə top halına gətirə bilək. Nəysə əsas odur oynadıq.
İlk başda oynayanda bir az daha çox güclə oynadım sonra isə qarşımdakının bacım olduğunu anladım və bir az yavaş oynadım. Əslində keçmişdə biz belə tam ailə ikən düşüb həvəsə görə oyanayardıq. İndi isə tək fərq şəkildə çəkdirdik. Yəni həvəslə oynadıq uşaqlığı da yada saldıq. Sonra bacım oğlu ilə də qarda bir xeyli oynadıq. Arada məndə yalandan yıxılırdım o da elə olan şeydi😀. Əziz steemitçilər bu günlük bu qədər. Sağolun🙏.
Qar bizə bu il sürpriz oldu
Məncədə😀.