Zamanla.

in Steemit Azerbaijan☪✔3 years ago

Öhdəsindən gəlinəcək məsələlər üçün dərd etmə, nifrət tökmə, qarğış eləmə və ölüm arzulama. Bir neçə il sonra keçmişin yadına belə düşməyəcək və hər problemi bir neçə il sonrakı halı ilə dəyərləndirməyə çalış. Yanlış yerə sərf etdiyin enerji əlbəttə ki, səni yoracaq və qısa müddət sonra tükədəcəkdir. Özünü tanımadan həyatı tanımağa başlama. Həyat hamı üçün bərabər paylanıb o halda ki, sən həyatdakılara deyil, o həyatda ancaq özünə baxa biləsən.

IMG-20220330-WA0007.jpg

Əgər bir insan sizə acı söz deyirsə, ona əhəmiyyət verməyin. Çünki o əslində özünü demiş olur. "Sən necə də çirkin, işə yaramaz" və ya başqa bir təhqiramiz söz deyirsə, o əslində" mən çox çirkin, işə yaramaz və dediyim təhqirlərə sahib biriyəm" demək istəyir. Çünki içində gözəllik olmayan kəslər gözəl görmür, gözəl baxmır və gözəl danışmır. Ona görə onlara veriləcək ən gözəl cavab "özünü tanış etdiyin üçün təşəkkür edirəm"dir.

IMG-20220330-WA0008.jpg

Coin Marketplace

STEEM 0.21
TRX 0.20
JST 0.033
BTC 94798.39
ETH 3128.70
USDT 1.00
SBD 3.04